yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

İcra başçısı düşməni bizə niyə güldürür? - Foto

İcra başçısı düşməni bizə niyə güldürür? - Foto
3-05-2017, 13:05 53 424 dəfə baxılıb
yüklənir...

Qarabağ müharibəsi zamanı ermənilərin dəfələrlə hücumuna məruz qalsa da, qəhrəmanca müdafiə olunan bu kəndi işğal etmək düşmənə nəsib olmadı. Söhbət Goranboyun Tap Qaraqoyunlu kəndindən gedir
Bu kəndin 38 sakini vətən uğrunda canından keçib. Tap Qaraqoyunlu bu gün də cəbhənin ən qaynar nöqtələrindəndir. Demək olar ki, hər gün düşmən atəşkəsi bir neçə dəfə pozaraq kəndi gülləbaran edir. Buna baxmayaraq, sakinlər öz yurd-yuvalarını tərk etmir və düşmən qarşısında dimdik ayaqda dururlar.
2010-cu il oktyabrın 14-də Tap Qaraqoyunluda Azərbaycan ərazisində ikinci ən böyük bayrağın açılışı olub. Dövlət Neft Şirkətinin vəsaiti hesabına ərsəyə gələn bayrağın uzunluğu 18 metr, eni 9 metr, dayaq hündürlüyü isə 65 metrdir. Ölkənin yenilməz simvolu olan bu bayraq işğal altında olan ərazilərimizdən aydın şəkildə görünür, daha doğrusu görünürdü. Hazırda bayraqdan geriyə sadəcə dayaq qalıb.
Düşmənə göz dağı verən üçrəngli bayrağımız indi bir növ acizliyin təcəssümünə çevrilib. Artıq bir müddətdir ki, bayraq yerində yoxdur. Boş qalan dayağa yeni bayraq asmaq isə icra başçısı Nizaməddin Quliyevin ya yadına düşmür, ya da özünü əziyyətə salmaq istəmir.
Təbii ki, bu vəziyyət düşmənin də diqqətindən yayınmır. Hər gün Tap Qaraqoyunlunu atəş altında saxlayan erməni ordusu da yəqin ki, bu acizliyimizə sevinir, gülür və bizi ələ salır. Və nə vaxta qədər Nizaməddin Quliyev kimi məmurlarımız var, o vaxta qədər düşmənlərimiz də bizə gülməyə davam edəcək.
Nədir Nizaməddin Quliyevin məqsədi? Günlərdir boş qalan dirəyə bir bayraq asmaq bu qədərmi çətindir? Dövlətin milli atributlara diqqəti göz önündədir. Hətta ölkəmizdə Bayraq günü belə təsis edilib. Bəs nədir bayrağımızın nizaməddin quliyevlərdən çəkdikləri? Dövlətə, milli atributlarımıza hörmətsizliyin səbəbi, məqsədi nədir?
İcra başçısı düşməni bizə niyə güldürür?
Məlumat üçün qeyd edək ki, ötən ayın sonlarında Tovuz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mahir Həsənov işdən çıxarılmışdı. Səbəbi isə rayonun Bayraq meydanında Azərbaycan bayrağının bir hissəsi cırılmış halda dalğalanmasına məsuliyyətsiz yanaşması göstərilmişdi. Bir sözlə, bayrağa hörmətsizliyin cəzası da ən azı bu olmalıdır.

qaynarinfo.az
İcra başçısı düşməni bizə niyə güldürür? - Foto
İcra başçısı düşməni bizə niyə güldürür? - Foto


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: cra, dushmeni, , guldurur, bashchisi, Foto, niye, bize
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

26-05-2017

BÜTÜN XƏBƏRLƏR
yüklənir...
GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ