SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Loğman Əliyevin Göyçayda 22 min oyunu – ANTİ-SANİTARİYA HÖKÜMRANLIQ SÜRÜR

Loğman Əliyevin Göyçayda 22 min oyunu – ANTİ-SANİTARİYA HÖKÜMRANLIQ SÜRÜR

Tarix:

24-04-2017, 15:36

/ 61 213 dəfə oxundu.
Loğman Əliyevin Göyçayda 22 min oyunu – ANTİ-SANİTARİYA HÖKÜMRANLIQ SÜRÜR

Göyçay rayonundan redaksiyamıza daxil olan məlumatlar burada vəziyyətin heç də ürəkaçan olmadığından xəbər verir. Sahibkarların və rayon sakinlərinin bildirdiyinə görə Sanitar Təmizlik İdarəsinin rəhbəri Loğman Əliyev vətəndaşların canını boğazına yığıb. Əvvəllər müxtəlif qurumlarda çalışan Loğman Əliyev mənfi imicilə rayon əhalisi arasında xüsusilə seçilib.
Məlumat üçün bildirək ki, Sanitar Təmizlik İdarəsi kommersiya və büdcə təşkilatlarından, o cümlədən yerli vətəndaşlardan hər ay təmizlik məqsədilə müəyyən vəsaitlər toplayır. Apardığımız kiçik araşdırmalar onu deməyə əsas verir ki, adı balaca görünən, əslində böyük pulların dövr etdiyi bu qurumda ciddi maliyyə yeyintiləri mövcuddur. Təxmini hesablamalara görə Göyçayda 9 minə yaxın təsərrüfat mövcuddur. Əvvəllər hər evdən 3 manat məbləğində zibil pulu adı ilə vəsait toplanırdısa, Loğman Əliyevin qoyduğu yeni qaydalara görə bu məbləğ 5 manata qaldırılıb. Əslində hər vətəndaş zibil puluna görə 30 qəpik ödəməli olduğu halda Loğman Əliyevin idarəsi heç nədən çəkinmədən vətəndaşların cibinə girir.
Mənbəmizin bildirdiyinə görə, ay ərzində kommersiya qurumlarından təxminən 7 min manat, büdcə təşkilatlarından isə 15 min manata yaxın vəsait toplanılır. Bunun üzərinə vətəndaşlardan toplanılan vəsaitləri də əlavə etsək, göz önündə böyük rəqəmlərlə ölçülən pullar canlanır. Əvvəllər sovxoz direktoru işləmiş Loğman Əliyevin bu qədər vəsaiti hara xərcləməsi rayon sakinləri üçün müəmma olaraq qalmaqdadır. Çünki rayonda sanitar-təmizlik işləri heç də ürəkaçan deyil.
Vətəndaşların sözlərinə görə bir neçə dəfə məhkum olmuş Loğman Əliyevin idarəçilik və iş prinsipləri nə “oğru” aləminin qanunlarına, nə də dövlətin qanunlarına uyğun gəlmir. Hələ Qarayazı kəndində bələdiyyə sədri işləyərkən onun idarəçiliyindən boğaza yığılan camaat ayağa qalxaraq, onun kənddən çıxmasını tələb ediblər. Vətəndaşların rəğbətini qazanmaq əvəzinə Loğman Əliyev sanki onlara qənim kəsilib.
Onun qanunsuz və heç bir əxlaqa sığmayan hərəkətlərindən yuxarı instansiyalara vətəndaşlar tərəfindən edilən müraciətlər isə cavabsız qalır. Sanki hansısa sirli bir qüvvə ya bu müraciətlərin ünvanlarına çatmasına maneçilik törədir, ya da ciddi-cəhdlə onu müdafiə edir. Loğman Əliyevin siyasi əqidəsinə gəlincə isə bir müddət əvvəl həbs olunarkən ictimai yerdə mövcud hakimiyyətə qarşı qışqıraraq söylədiyi təhqir və şantajlar vətəndaşların yaddaşından hələ də silinməyib.
Çox maraqlıdır ki, çalışdığı bütün qurumlardan rüşvət, yeyinti, vətəndaşlara qarşı hədə-qorxu və zorakılıq etdiyinə görə uzaqlaşdırılan Loğman Əliyev yenə də iş başındadır və həmin əməllərini davam etdirməkdədir. Xatırladaq ki, ölkə başçısının dəfələrlə çıxışlarında məmurlara xitabən söylədiyi fikirlər deyəsən Göyçay rayonuna gedib çatmayıb. Prezident İlham Əliyev özünü xalqın xidmətçisi hesab etdiyi halda Göyçay rayon Sanitar Təmizlik İdarəsinin rəhbəri Loğman Əliyev özünü rayonun “ağası” hesab edir. Mağara təfəkkürlü bu insan hələ də anlaya bilmir ki, prezident İlham Əliyev ölkədə yeni islahatlara start verib. Onlardan biri büdcə vəsaitlərindən qənaətlə istifadə etmək, digəri isə sahibkarlara diqqət və qayğının artırılması ilə bağlıdır. Loğman Əliyev isə əksini edir.
O, dövlət büdcəsindən rəhbərlik etdiyi quruma ayrılan vəsaitləri, o cümlədən yığılan pulları göyə sovurur. Göyçay rayonunda böyük səlahiyyətlər əlda edən Loğman Əliyev sahibkarların da qəniminə çevrilib. Bu və digər məsələlər barəsində gələn yazılarımızda ətraflı məlumat verəcəyik. Eyni zamanda Loğman Əliyevə qanunsuz və zoraki əməllərini davam etdirmək üçün kimlər tərəfindən səlahiyyətlərin verilməsi də araşdırmalarımızın mərkəzində olacaq. Redaksiyamıza daxil olan məlumatlar Göyçay rayonunda əxlaqi və mənəvi dəyərlərimizin də necə ayaqlar altına atıldığını özündə ehtiva edir. Kifayət qədər ciddi ittihamlarla dolu olan müraciətlər əməkdaşlarımız tərəfindən araşdırılır. Yaxın vaxtlarda araşdırmalarımızın nəticəsilə tanış ola biləcəksiniz.

Mövzu ilə bağlı qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

Ardı var...

vediinfo.az
Loğman Əliyevin Göyçayda 22 min oyunu – ANTİ-SANİTARİYA HÖKÜMRANLIQ SÜRÜR

Şərhlər

XƏBƏR LENTİ