SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » “İMİŞLİ RPİ-NİN RƏİSİ AYAZ CƏFƏROV DYP ƏMƏKDAŞI TƏYYAR POLADLOVU İSLAH EDƏ BİLMİR?”

“İMİŞLİ RPİ-NİN RƏİSİ AYAZ CƏFƏROV DYP ƏMƏKDAŞI TƏYYAR POLADLOVU İSLAH EDƏ BİLMİR?”

Tarix:

19-04-2017, 15:56

/ 60 941 dəfə oxundu.
“İMİŞLİ RPİ-NİN RƏİSİ AYAZ CƏFƏROV DYP ƏMƏKDAŞI TƏYYAR POLADLOVU İSLAH EDƏ BİLMİR?”

Satıcılar ətrafdakılara uca səslə “ətin qiyməti necə baha olmasın, çünki buna səbəb Təyyar kimilərin bizdən haqsız tələbləridir” – deyə narazılıqlarını ifadə edirmişlər.
Başlığa çıxardığımız bu cümlənin müəllifləri ötən gün İmişlidə, həftənin bəlli günlərində fəaliyyət göstərən iri və xırda buynuzlu heyvanların, o cümlədən heyvan yemlərinin realizə olunduğu bazarda çalışan satıcılardır. Xatırladaq ki, İmişli rayon DYP-sinin bir neçə əməkdaşının həmin bazara, özunə aid olan iri və xırda buynuzlu heyvanların satışı məqsədilə gələn satııcılardan haqsız tələblər etməsi ilə bağlı dəfələrlə məlumatlar dərc etmişdik.
Məsələnin ən qəribə tərəfi isə rayon polis idarəsinin və DİN ictimailəşdirilən hadisə ilə bağlı hər hansı araşdırma aparmayıblar. Məlumatı verən mənbənin bildirdiyinə görə İmişli DYP-nin əməkdaşı Təyyar Poladova etdiklərinin müqabilində bir müddət öncə yalnız töhmət elan edilib. Mənbənin verdiyi məlumata görə İmişli rayon DYP-nin əməkdaşı, polis çavuşu Təyyar Poladov nəinki ona elan olunmuş töhmətdən nəticə çıxarayıb, əksinə ötən gün axşam saatlarında rayon ərazisində fəaliyyət göstərən iri və xırda buynuzlu heyvanların realizə olunduğu bazara gələn satıcılarla daha kobud və məqsədli formada davranırmış.
Məlumatda o da bildirilir ki, hətta satıcılar ətrafdakılara uca səslə “ətin qiyməti necə baha olmasın, çünki buna səbəb Təyyar kimilərin bizdən haqsız tələbləridir” – deyə narazılıqlarını ifadə edirmişlər. Hesab edirik ki, İmişli rayon polis idarəsinin rəisi cənab Ayaz Cəfərovun məsələyə operativ və ardıcıl münasibətinin olacağı təqdirdə problem həllini tapa bilər. Əks halda son güman yerini belə satan insanların etirazları arzuolunmaz nəticələrə gətirib çıxarar. Əslində bir müddət öncə avtomobil sahibinin ağlamasını çəkib sosial şəbəkədə yayan DYP əməkdaşına həmin sürücünün söylədiyi “elə bildim İmişli DYP-sidir, dərimi soyacaq...” – sözləri bu rayonun müvafiq strukturları, o cümlədən məhz İmişli RPİ-nin rəisi Ayaz Cəfərov üçün siqnal olmalı idi. Çünki qanunu pozan sürücü haqqında DYP əməkdaşının vəzifəsi müvafiq qanuna əsasən cərimə yazmaqdır və ya avtomobili cərimə meydançasına aparmaqdır, daha “dəri soymaq” yox. Hətta obrazlı deyilsə belə bu tip orta əsrlər jarqonunun yenidən dilimizə qayıtması təsadüf ola bilməz. İnsanların sosial – iqtisadi durumla bağlı yaşadıqları problemlər konteksində kiminsə və nə məqsədləsə şəxsi vəzifəsinin icrasına qanunun prizmasından deyil, şəxsi maraqları konteksindən yanaşması yuxarıda qeyd olunduğu kimi yaxşı heç nə vəd etmir. Cənab Ayaz Cəfərovun diqqətinə onu da çatdırmağı özümüzə borc bilirik ki, Təyyar Poladov və o prinsiplə işləyən DYP əməkdaşları gün ərzində az qala səki ilə ora – bura şütüyən “avtoşları” da görsünlər. Onların DYP əməkdaşlarını “gördüyü” kimi yox, qanunun tələb etdiyi formada.
Mövzuya qayıdacağıq.
Redaksiyadan: Məlumatda adı çəkilən qurum və ya şəxslərində mövqelərini dərc etməyə hazırıq.

Conflict.az

Şərhlər

XƏBƏR LENTİ