XalqXəbər.Az

İcra başçısı Zərdaba üç tərəfdən girişi bağlayıb – Faktlar

yüklənir...
İcra başçısı Zərdaba üç tərəfdən girişi bağlayıb – Faktlar
12-04-2017, 17:08
yüklənir...

Zərdab rayon sakinləri tərəfindən Ulus.Az-a müraciətdə icra başçısının özbaşına əməllərindən narazılıq edilir
“Hörmətli prezident, hörmətli vitse-prezident, düz 10 ildir ki, Lütfəli Babayev Zərdab rayonunda icra başçısıdır.
Gəlin baxın, Zərdab respublikada ən geriqalmış rayondur ki, bunun da bir nömrəli səbəbkarı Lütfəli Babayevin yarıtmaz fəaliyyətidir.
Zərdab-Ucar, Zərdab-Kürdəmir, Zərdab-Ağcabədi rayon yolları tam yararsız vəziyyətdədir. Rayonun mərkəzi küçələrinin asfalt örtüyü dağılıb. Rayonun mərkəzi küçələri zibilliklərə, sahibsiz itlərə qərq olub.
Bu 10 il ərzində Lütvəli Babayev ancaq talançılıqla məşğul olub.Buna görə Zərdab respublikada ən yoxsul, şəraitsiz rayondur”.
Şikayətçilər icra başçısını sahibkarlardan haqq almaqda ittiham edir: “Dəhşətlisi odur ki, hətta çayxana işlədənlər də icra başçısına haqq verirlər. Rayon sakinləri icra başçısından narazıdırlar.
Lütvəli Babayevin toy şənliyində prezidentin şəninə dediyi tostun sosial şəbəkələrdə yayılmasına baxıb çox xəcalət çəkdik ki, sakini olduğumuz rayonu görün kim idarə edir.
Rayonda fəaliyyət göstərən bütün sahibkarlardan 500 -1000 manat arası pulun yığılmasını tapşırıb. Adını da belə qoyub ki, guya pambıq əkilməsi üçün pul toplanılır.
Biz mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevə və vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edib xahiş edirik heç bir vəzifəyə yaramayan Lütvəli Babayevin barəsində tədbir görsünlər”.
Zərdab rayon sakinləri:
Qasımov Faiq Nəsir oğlu
Sadıqova Səmərrux Eldar qızı
Mehdiyeva Aybəniz Rafiq qızı
Əliyev Lətif Səhrab oğlu
Süleymanova Xədicə Məmməd qızı
Vəliyev Qurban Oruc oğluскачать dle 10.6фильмы бесплатно

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.