yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Masallıda etiraz – Uşaq bağçası sökülür

Masallıda etiraz – Uşaq bağçası sökülür
12-04-2017, 10:12 170 280 dəfə baxılıb
yüklənir...

İcra başçısı və zavod direktoru ölkə başçısının tapşırıqlarına məhəl qoymur
Bir neçə gün öncə saytımızda “Şəkər bala-nın şəkərinə zəhər qatan kimdir?” başlıqlı məqalə dərc olunmuşdu. Həmin məqalədə Masallı rayonunda yerləşən və körpələrin sevimli ocağına çevrilən “Şəkər bala” uşaq bağçasının sökülməsinə verilmiş qanunsuz qərardan bəhs olunurdu. Yazıda o da qeyd olunurdu ki, uşaq bağçasının sökülməsinə maraqlı olan şəxs Masallıda “Kərpic zavodu”nun direktoru olan Fəxrəddin Baxışovdur. Rayon icra başçısı Rafil Hüseynovla gizli sövdələşməyə gedən F.Baxışov bağçanın binasına və torpaq sahəsinə qanunsuz yolla sahib olmaq istəyir.
Həmin yazıdan sonra Masallı rayonundan redaksiyamıza çoxsaylı müraciətlər daxil olmaqdadır. Rayonun ziyalı təbəqəsini təmsil edən müraciət sahibləri “Şəkər bala” adlı uşaq bağçasının bir neçə ildir sakinlərə - körpələrə xidmət etdiyini qeyd edirlər. Onlar bağçanın fəaliyyətindən razı qaldığını bildirir və icra başçısının qanunsuz əməllərindən aidiyyatı qurumlara şikayət edəcəklərini yazırlar.
Masallıda narazılıqların artdığını, uşaq bağçasının sökülməsi üçün canfəşanlıq edən şəxslərin əsl məqsədlərinin nə olduğunu araşdırmaq məqsədilə rayonda olduq. Ilk öncə üz tutduğumuz “Şəkər bala” uşaq bağçasında vəziyyətlə tanış olduq. Şəkillərdən də göründüyü kimi bağçada körpələr üçün hər cür şərait yaradılıb. Bağçada onların əyləncəsi və ilk biliyə sahib olmaları üçün güşələr və oyuncaqlar olan otaqlar var. Bundan başqa körpələrin yüksək qidalanması üçün də yaradılan şərait bağçada çalışanların əməyinin bəhrəsidir. “Şəkər bala”ya körpələrini etibar edən valideynlərin burdan razılığının səbəblərini gözümüzlə gördük. Hər bir valideyn bu cür uşaq bağçasında yaradılan şəraitdən haqlı olaraq razılıq edir və körpələrin doğma ocağının sökülməsinə sərəncam verənlərə etirazılarını bildirirlər.
Masallının əsas uşaq bağçalarından sayılan “Şəkər bala”nın sökülməsi hamını olduğu kimi bizi də narahat etməkdədir. Rayon icra hakimiyyətindən sorğularımızı cavablandırarkən bildirdilər ki, bağçanın sökülməsinə məhkəmə qərar verib. Bu mənada haqlıdırlar. Məhkəmənin qanunsuz hökmü ilə körpələr evini dağıtmağa hazır olan icra başçısı Rafil Hüseynovun şəxsi maraqlarına qurban verdiyi dəyərlərə sahib çıxmaq üçün etiraz edənlər isə tam haqlıdır. Necə olur ki, rayonun icra başçısı körpələrin sevinc ocağını dağıtmaq üçün iddiaçı qismində məhkəmələrə üz tutur və istəyini qanunsuz yollarla icra etməyə çalışır? Məhkəmələr icra başçısını iddiaçı kimi qanunuz tanımaqla cavabdeh tərəfi də səhv salıblar. Bağçaya aidiyyatı olmayan şəxsi cavabdeh göstərən hakimlərimiz əsl gerçəyə göz yumub, məmurların sifarişini icra edirlər.
Rafil Hüseynovun rayonu rəzil günə qoyduğu bir dövrdə indi “Şəkər bala” uşaq bağçasını da sökməyə hazırlaşması Masallıda etirazları coşdurmağa hesablanmış bir addım sayılır.
Apardığımız araşdırmalar göstərir ki, adıçəkilən uşaq bağçasının sökülməsi Rafil Hüseynova xüsusi adamlar tərəfindən tapşırılıb. Belə ki, Masallıda iş adamı kimi tanınan Fəxrəddin Baxışov icra başçısının şəxsi istəklərini yerinə -yetirdikdən sonra bağçanın binasının ona verilməsini istəyib. Bundan sonra, Masallı rayon icra hakimiyyəti bağçaya təzyiqlərlə sahib ola bilmədiyini görüb oranın sökülməsinə qərar verib və məhkəmədə iddia qaldırıb. Uzun sürən çəkişmələrdən sonra icra başçısı istədiyi qərarı alıb. Hazırda sökülmək ərəfəsində olan “Şəkər bala”nın taleyi hamını narahat edir. Onlarla ailənin dolanışığı çıxan uşaq bağçasında yüzlərlə uşağın sevincinə kədər qatmaq istəyənlərin adları siyahısında Fəxrədiin Baxışovun və Rafil Hüseynovun adlarına rast gəlmək ağır və qəbuledilməzdir.
Özünü Masallı sakinlərinə iş adamı və xeyirxah insan kimi təqdim etməyə cəhd edən Fəxrəddin Baxışovun qanunsuz tələb və istəkləri nəticəsində çarəsiz qalan körpələrin səsinə səs vermək lazım gəlir. Bu şəxsin biznes maraqları sadə insanların həyat şəraitinin ağırlaşmasına yönəldiyini düşünmək utancvericidir. Məsələnin ciddiliyini nəzərə alaraq “Realliq.info” nun baş redaktoru Prezidentə, birinci vitse –prezidentə, Milli məclisin spikerinə, millət vəkillərinə müraciət ünvanlayacaq. Həmin müraciəti qısa zamanda saytımızda oxuya bilərsiniz.
Hamıya yaxşı məlumdur ki, son illər “Heydər Əliyev” fondu Mehriban xanım Əliyevanın rəhbərliyi altında ölkəmizin şəhər və rayonlarında uşaq bağçalarının və körpələr evinin tikilməsinə xüsusi diqqət ayırıblar. Onlar uşaq bağçasının tikildiyi və müasir standartlara cavab verən vəziyyətə gətirilməsi üçün təmir olunduğu bir dönəmdə Masallıda “Şəkər bala”-nın sökülməsinə çalışan icra başçısının əməlinə qiymət vermək çətinləşir. Burda bir sıra qaranlıq məqamların olduğunu da söyləmək yerinə düşər.
Mehriban xanım Əliyevanın birinci vitse –prezident vəzifəsinə təyin olunmasından sonra təşkil olunan ilk müşavirədə verdiyi tapşırıqlara nəzər salsaq məlum olur ki, uşaq bağçalarının sayının artırılması xüsusi önəm kəsb edir. Lakin cənub bölgəsində bir rayonun icar başçısının bu tapşırığa məhəl qoymaması diqqətdən yayınmır. Nəzərə alsaq ki, Cənub zonasının qeyri –rəsmi kuratoru Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovdur, o zaman bir sıra suallar ortaya çıxır. Masallıda uşaq bağçasını sökdürməklə etirzları coşduranlar birinci vitse-prezidentə tapşırıqlarına niyə məhəl qoymurlar? Daim körpələrin qayğısına qalan Mehriban xanımın arzu və istəklərinə qarşı gedən Rafil Hüseynov tapşırığı K. Heydərovdan alıbmı?
Əlbbəttə suallara cavab verməyə borclu olanlar susacaq. Çünki reallıq göz qabağındadır və Kəmaləddin Heydərovun izni olmadan uşaq bağçasının sökülməsinə qərar verilə bilməzdi. Bu icazə varsa və qərar verilibsə, demək Fövqəl nazir cənub zonasında sadə insanların yeni narazı kütləsini yaratmaq istəyir. Bunu da birinci vitse-prezidentə qarşı atılmış addım kimi qiymətləndirənlər az deyil.
Masallıda hamının etirazına səbəb olan və ciddi narahatçılıq yaradan mövzunu diqqətdə saxlayırıq. Ümid edirik ki, ölkə başçısı rayon rəhbərinin və adını sahibkar qoyan lakin körpələrin qəniminə çevrilmiş Fəxrəddin Baxışovun özbaşınalığına son qayulmasına tapşırıq verəcək.
Mövzuya qayıdacağıq.

Realliq.info
Masallıda etiraz – Uşaq bağçası sökülür
Masallıda etiraz – Uşaq bağçası sökülür
Masallıda etiraz – Uşaq bağçası sökülür
Masallıda etiraz – Uşaq bağçası sökülür


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: “Şəkər, bağçasının, körpələrin, Masallıda, sökülməsinə, başçısı, qanunsuz, Rafil, bala”, sonra, başçısının, birinci, bağçanın, Fəxrəddin, vitse, Masallı, qərar, sahib, körpələr, sökülməsi
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

23-10-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

sunay1ramazano[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ