SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Masallıda iş adamı Fəxrəddin Baxışov Azərsu ASC tərəfindən 60 min cərimələndi -Mənimsəmə faktları

Masallıda iş adamı Fəxrəddin Baxışov Azərsu ASC tərəfindən 60 min cərimələndi -Mənimsəmə faktları

Tarix:

30-10-2017, 08:43

/ 61 974 dəfə oxundu.
Masallıda iş adamı Fəxrəddin Baxışov Azərsu ASC tərəfindən 60 min cərimələndi -Mənimsəmə faktları

İş adamı Fəxrəddin Baxışov bizneslərində dövlət qurumlarına ödəməli olduğu pulları bu yollardan istifadə edərək mənimsəyib. Media üzərində apardığımız araşdırma zamanı məlum olub ki, F.Baxışov dövlət büdcəsindən yayınmaqla yanaşı körpələr evinin sökülməsində maraqlı tərəf kimidə çıxış edib. O, qeri üsullara əl ataraq rayon icra başçısı ilə əlbir olaraq sakinlərə zülm etmək üçün hər vasitəyə əl atmışdır. Bununla bağlı ilginc məlumatlar daxil olmaqdadır. Məlumatların bir çoxunun araşdırılması zərurəti olduğundan, məlumatı tam şəkildə dərc edə bilməyəcəyik.
Bir müddət bundan öncə Masallı Rayon İcra Hakimiyyətinin başçısının dəstəyi ilə uşaq baxçasını sökülməsi tələbi ilə çıxış edən iş adamı bu günlərdə dövlətə vurduğu külli miqdarda zərərin üstü açılıb. Beləki, ona məxsus Masallı rayonunda yerləşən “KƏRPİC” zavodda aparılan yoxlamalar zamanı Fəxrəddin Baxışovun dövlətə 10 ildən artıqdır ki, 60 min manat dəyərində yalnız sudan istifadə də “Azərsu” ASC-nin təftişi zamanı qanunsuz yollarla istifadə etdiyi üçün cərimə edilib. Etibarlı mənbə bildirib ki, qeyri-qanuni xəttdən istifadə etməsi halı isə “Azərsu”ASC-nin yerli nəzarət xidmətinin gözündən yayınması qeyri mümkün məsələdir.
Qeyd edək ki, bir həftə öncə iş adamına məxsus “KƏRPİC” zavod da aparılan yoxlamalar zamanı qeyri-qanuni su istifadə xətti aşkarlanmış və bu xəttin fərdi yaşayış evlərinə çəkilmiş xəttdən götürüldüyü müəyyən edilib. “Azərsu” ASC-nin Masallı rayon üzrə səlahiyyətli şəxslərin xəbəri olmadan bu cür ASC-nin büdcəsinə ödənməli olan məbləğ gizlədilə bilməzdi - deyə sakinlər qeyd edir. Həqiqətdə isə bu zavodun oğurluq yollarla istifadə etdiyi və ödmədiyi zərərin 60.000 manat civarında olduğu hesablanaraq F.Baxışov cərimələnib. Zavodun kommunal tələbləri bununla bitmək bilmir. Etibarlı mənbələrdən verilən məluatda həmçinin “Azəriqaz” İB-nın şəbəkəsindən də qeyri-qanuni yollarla xətlərin istifadə edildiyi “KƏRPİC” zavod rəhbəri F.Baxışov “Azərsu” ASC-nin və “Azəriqaz” İB-nın büdcəsindən külli miqdarda yayınmağa müvəffəq olmuşdur. Şirkətlərin pulunu ödəməyərək həmin əldə etdiyi gəlirlərlə Azərbaycanın bir çox yerlərində biznes şəbəkəsi yaradan iş adamı F.Baxışov hər qurduğu işdə eyni tərzli əməliyyatlar quraraq böyük miqdarda mənimsələr etməyə nail olmağı bacarıb. Mənimsəmələr tək kommunal xidmətlərlə bitmək bilmir. Aldığımız məlumata görə, F.Baxışov Kərpic zavodunda işləyən və tabeçiliyində olan işçiləri qeyri-qanuni işlədərək əmək müqaviləsi bağlamamış, onların həyatların sığortalanmasından boyun qaçırmışdır. Cinayət məsuliyyəti yarada bilən fəaliyyətlə 10 ildən artıqdır ki məşğul olan F.Baxışov məsuliyyəti 60 min manatla bitməyəcəyi gözlənilməkdədir. Yoxlamaların davamiyyətinin olması isə zərurət kəsb etdiyindən bu zavodun sahibinin ASC və İB aldatdığı artıq təsdiqin tapmış faktlardır. ASC özünə aid zərərin ödənilməsini tələb edir və İB-in bu yaxın müddətdə yoxlamalara başlayacağı gözlənilməkdədir.

“DƏRYA” BALIQ EVİ... HANSI QARA PULLARIN HESABINA QURULUB...?

Bakı şəhəri Səbail rayonun Şıxov adlanan ərazisində yerləşən Fəxrəddin Baxışova məxsus olduğu iddia edilən “DƏRYA” Balıq Evinində dövlət qurumları tərəfindən yoxlanılması zərurəti olduğu qeyd edilir. İş adamı fəaliyyəti zamanı Dövlətin təməl dayaqlarından sayılan vergidən yayınma hallarının mövcudluğu ilə bağlı məlumatlar daxil olub. F.Baxışovun Masallı rayonunda və Bakı şəhərində olan biznes şəbəkələrini mühafizə etmək üçün, hətta ölkə rəhbəri İlham Əliyevin adından sui-istifadə etdiyidə qeyd edilən məlumatlar sırasındadır. Masallı rayon sakinlərinin bildirdiyinə görə, qanunsuz əməliyyatları zamanı ona irad bildirən şəxslərə “məni ölkə rəhbəri şəxsən qəbul edir və mənim bir sözüm yuxarı instansiyalarda iki ola bilməz nə edirəmsə əcəb edirəm Masallının ağasıda xanıda mənəm” - deyə cavablar verməkdədir. Masallıda olan biznesi tək Səbail rayonunda yerləşən “DƏRYA” Balıq Evinində işçilərinin əmək müqaviləsi olmadan işlədildiyi qeyd edilir.

Məsələ ilə bağlı araşdırmamız davam edir.

Yazıda adı keçən şəxs və ya qurumların mövqeyini dinləməyə hazırıq.

Azbaku.info

Şərhlər

XƏBƏR LENTİ