SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində “hökumət dəyişikliyi”

Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində “hökumət dəyişikliyi”

Tarix:

21-02-2019, 12:12

/ 1 686 dəfə oxundu.
Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində “hökumət dəyişikliyi”

Elə bir toplantı, iclas olmasın ki, Prezident məmurlara xəbərdarlıq etməsin. Onlara tapşırmasın ki, yerlərdə insanları incitməyin, özünüzü təvazökar aparın, xalqın problemlərini həll etməyə çalışın. Hər kim ki, bu tapşırıqlara əməl etmir, onların da aqibətini siz bizdən daha yaxşı bilirsiniz.

Amma elələri də var ki, özünü orta əsr imperatorları kimi aparır, şahlıq iddiasına düşür. Rəhbərlik etdiyi yerdə xanıdanlıq yaradır-təbii ki, əyan-əşrəf də öz yerində. Məhz onların bu “balaca padşahlıq” iddialarının böyük zərbələri son nəticədə dövlətə dəyir- vətəndaş öz dövlətindən inciyir, narazılıq formalaşır.

Rubrika.az saytına verilən məlumatlara görə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinə bir neçə gün əvvəl Təhsil nazirinin əmri ilə yeni direktor təyin olunub. Göyçaya Gəncədən təşrif buyuran İrşad Abbasovun gəlişi Kollecdə aləmi bir-birinə qatıb. Yeni direktorun gəlişi Kollecdə elə ab-hava yaradıb ki, sanki ölkədə hakimiyyət dəyişikliyi baş verib. İ.Abbasov yeni seçilmiş prezident kimi gələr-gəlməz kollecin bütün direktor müavinlərini, digər rəhbər heyətini ərizələrini almaqla “istefaya göndərib”. Özü də buyurub ki, baxarıq görək sizinlə işləyə bilirəm, ya yox. İndi Kollecin ərizəsi alınan müəllimləri həyəcanla direktorun “yeni hökuməti” nə zaman formalaşdıracağını gözləyirlər. Direktorun kadr seçimində hansı “kriteryalara” üstünlük verəcəyi, öz “kabinetində” kimlərə yer ayıracağı isə məlum deyil. Beləcə bütöv bir kollektiv həyəcan və təlaş içində İ. Abbasovun təyinatlarını gözləyir.

Rubrika.az saytına verilən məlumatda o da bildirilir ki, yeni direktorun hərəkətləri kollecdə ciddi narazılıqla qarşılanıb. Uzun illər burada çalışan, təcrübəli müəllimlər cəmi bir neçə gün əvvəl Göyçaya gələn birisinin əlində əsir-yesir olublar. Ölkədə olduqca həssas bir dönəm yaşandığı bir vaxtda şəxsi ambisiyaları naminə bu qədər ciddi narazılıq formalaşdırmaq kimə və nəyə lazımdır? Cənab nazirin etimadına və imzasına bu qədər də etimadsızlıq və hörmətsizlik olarmı? Ölkə başçısı hər bir vətəndaşın probleminə diqqət yetirdiyi, insanların qayğısına qaldığı halda onun rəsmini başının üstündə saxlayan bir məmurun bu qədər ambision fəaliyyətinə nə ehtiyac var? Hər halda çox ciddi sorulardır və yəqin ki, Təhsil Nazirliyində bu haqda ciddi də fikirləşərlər.

Rubrika.az

Şərhlər

XƏBƏR LENTİ