XalqXəbər.Az

Yevlax RQI və TBŞ-də makler vətəndaşa 1050 manat atıb - Sabiq polis əməkdaşından dələduzluq

yüklənir...
Yevlax RQI və TBŞ-də makler vətəndaşa 1050 manat atıb - Sabiq polis əməkdaşından dələduzluq
11-02-2019, 23:19
yüklənir...

Bu barədə XİA.az-a Yevlax rayon sakini Habil Əliyev məlumat verib.

Habil Əliyev bildiri ki, Yevlax RQİ və TBŞ-də əvvəllər polis əməkdaşı işləyən Əhliman adlı şəxs onu aldadaraq 1050 manat pulunu alıb. Belə ki, Əhliman vətəndaşa bilirib ki, o, RQİ və TBŞ-nin ən yaxın adamıdır, onun sözü hər yerdə keçərlidir. Vətəndaş qeyd edir ki, Əhliman onun adını yazmalı imiş sürücülük kurslarına və H.Əliyevə sürücülük vəsiqəsi verəcəkmiş. Ancaq bu günədək Əhliman onun adını heç bir sürücülük kursuna yazdırmayıb. Belə ki, vətəndaşın etibarından istifadə edərək onun 1050 manatını aldatma yolu ilə ələ keçirib.

Əhliman ilə telefon əlqəsi yaratdıq. O, Yevlaxda olmadığını deyərək bildirdi ki, bakı şəhərindədir. Pulu sabah saat 6-da verəcək.

Adı gedən fakla bağlı Habil Əliyev Yevlax rayon Prokurorluğuna və Yevlax rayon Polis Şöbəsinə müraciət etdiyini bildirir.

Qeyd edim ki, Əhliman sabiq polis əməkdaşı olub, Yevlax RQİ və TBŞ-də işləyib vaxtı çatdığı üçün təqaüdə çıxıb. Burdan belə görsənir ki, sabiq polis əməkdaşı Habil Əliyevin etibarından istifadə edərək dələduzluq yolu ilə onun 1050 manat pulunu mənimsəyib. Ümid edirik ki, Yevlax rayon polis Şöbəsi və Prokurorluğu bu məsələ ilə ciddi məşğul olacaq.

Qeyd edim ki, Əhlimanın pulu aldığını etiraf edən səs yazılarıda var.

Məsələ ilə bağlı yenidən məlumat verəcəyik.

Xia.az

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.