XalqXəbər.Az

Şəhid anası ölkə rəhbərliyinə müraciət etdi - GİLEY

yüklənir...
Şəhid anası ölkə rəhbərliyinə müraciət etdi - GİLEY
14-01-2019, 14:17
yüklənir...

Şəki rayonun Aşağı Göynük kəndində yaşayan şəhid anası Zamanova Məhkurə Zaman qızı ölkə başçısına və bir sıra dövlət qurumlarının rəhbərlərinə müraciət edib. Bir nüsxəsi də redaksiyası daxil olan müraciətdə deyilir:

"Azərbaycan Respublikasın Əmək və Əhalinin Social Müdafiəsi Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilmiş məlumatda qeyd edilir ki, şəhid ( Əbdürəhimov Faiq Məmmədəli oğlunun)hərbi qulluqçunun vərəsəsinin birdəfəlik ödəməni almaq hüququ yoxdur.

Dövlət Sığorta Kommersiya Təşkilatı tərəfindən təqdim edilmiş məlumata əsasən hərbi qulluqçunun vərəsəsinə (vərəsələrinə) müvafiq sığorta ödənişi həyata keçirilmişdir. Bəli, rəhmətlik yoldaşım Məmmədəli oğlum Faiq şəhid olduqdan sonra 1994-cü ilin martında Şəki rayon mərkəzinə dəvət edərək ona dəfn pulu kimi təxminən 30-40 “şirvan” pul ( o vaxtın kursuna görə 90 dollar) ödənilmişdir. Şəhidin atası da evdə məsləhətləşib həmin pula 7-8 qoyun almış və baxmağa başlamışdır.Vəssəlam. Ailəmişzə 5 oğlan və 3 qız olmuşdur ki, ən böyüyü Faiq idi. Onu da qeyd edim ki, bir şəhid ailəsi olaraq 27 yanvar 1994-cü ildən bu günə qədər bizim gördüyümüz bu 40 “şirvan” pul olmuşdur. Bu günə qədər bizə nə bir ev, nə bir torpaq sahəsi, nə avtomobil, nə maddi yardım heçnə verilməmişdir. Elə biz də həddən artıq kasıb vəziyyətdə yaşasaq da dövlət idarələrindən nə isə istəməyi, qapılar döyməyi qürurumuza sığışdırmamışıq. 1994-cü ilə qədər uçuq-sökük bir daxmada 8 uşağı böyütmüşəm.Böyük oğlum Faiqi də bu evdən həm iki illik əsgərliyə, həm də 1992-ci ildən Qarabağ Müharibəsinə bu daxmadan yola salmışam. O cəbhəyə getməmişdən əvvəl Gürqcüstana gedib muzdla işləyib həyətimizdə daşdan ev tikmək istəyirdi. Heyf ki, 1994-cü ildə onun tikdiyi, lakin başa çatdıra bilmədiyi evin daş divarları arasına onun tabutu “qonaq” oldu. Ddüzdür, sonralar kolxozdan bir iki dəfə bayramlarda paylar göndərilsə də qəbul etməyib geri qaytarmışıq. Amma ailəmizə ən çox təsir edən bu oldu ki, cənab Prezidentin sərəncamı əsasında şəhid ailələri vərəsələrinə ayrılan 11000 manat pulun Dövlət Sığorta Kommersiya Təşkilatının verdiyi “5-6 manata” görə bu gün verilməsi nəzərdə tutulan 11000 manatı verməmələri ailəmizə mənəvi tərəfdən çox pis təsir göstərmişdir. Qoy, o vaxt ödədikləri kursa görə 100 dolların əvəzinə bu gün 500 dollar hesablayıb deyərdilər ki, nəzərdə tutulan 11000 manatdan 800 manat çıxıb qalanını sizə veririk. Bu addımı hardasa başa düşmək olardı. Amma vaxtilə ödədikləri 90 dollara görə bu gün birdəfəlik ödəmədən imtina etmələri sadəcə başa düşülən deyil. Heç olmasa şəhidin “qan pulu”na göz dikənlər əvvəlcə ermənilərdən soruşaydılar ki, siz niyə 1993-cü ildə Zəngilan cəbhəsində Daxili qoşunlar batalyonunun peşəkar döyüşçüsü olmaqla yanaşı tibb və maliyyə xidməti rəhbəri vəzifələrini icra edən baş çavuş “Şəkili Faiq”in başına niyə 3 milyon rubl pul qoymuşdunuz? Cavabını şəhid oğlumun döyüş yoldaşları belə izah edirdilər ki, Zəngilanın son gününə qədər Faiqin batalyonu, artilleriya alayının döyüşçülərilə birlikdə düşmənin müzdlululardan ibarət peşəkarlarının bütün sərhədd boyu hücumlarının qarşısını almış və düşmən hər hücumdan sonra xeyli canlı qüvvə itirərərk geri çəkilmək zorunda qalmışdır. Rəhmətlik Faiq əvvəllər Almaniyada hərbi xidmətdə olmuş və peşəkar bir hərbçi kimi Qarabağ döyüşlərinin ən qızğın yerlərində iştirak etmişdir.

Zəngilanın işğalından sonra Faiq Fizuli rayonu istiqamətində döyüşlərdə iştirak etmiş, Horadiz qəsəbəsi və 22 kəndin erməni-rus birləşmələrindən azad olunmasında polkovnik Fətulla Hüseynovun komandanlığı altında yaxından iştirak etmişdir. Çox təəssüflərlər olsun ki, o vaxt daxili qoşunların briqda komandirinin müavini vəzifəsini icra edən polkovnik Sabir Şabanovla aralarında davam edən soyuq münasibətlərə 1994-cü ilin yanvarın 27-də, saat 16-00-da son qoyulur. Belə ki, o zaman Namiq oğlum da Faiqin yanında könüllü olaraq birlikdə cəbhədə döyüşürdülər. Yanvarın 27-də gecə döyüşdən sonrakı istirahət vaxtı S.Şabanov Faiqin otağına daxil olaraq özü ilə daha iki nəfəri götürüb təcili olaraq yaxınlıqdakı təpədən düşmən mövqeni müşahidə etməyə getməyi əmr edir. Namiqin dediyinə görə Faiq mənə qalmağı tapşırır və özüilə iki nəfəri götürüb Şabanovla gedirlər. Bu onun son gedişi oldu. Belə ki, Şabanov əvvəlcədən təyin etdiyi koordinata çatdıqda əmr verir ki, qabaqda Faiq olmaqla üçbucaq (sacayağı) formada düzlənib müşahidəyə hazır olsunlar. Özü isə 40-50 metr kənara çəkilərək durbinlə qarşı tərəfi müşahidə etməyə başlayır və elə bu anda, saat 16-00-da hər üç əsgərin düz ortalığına əvvəlcədən hesablanmış koordinat üzrə mina mərmisi düşür. Və hər üç əsgərimiz şəhid olurlar. Faiqi yanvarın 28-də ata yurdu olan Aşağı Göynükdə dəfn etdik.

Xatırladım ki, qaynım rəhmətlik Şamil Mahmudov uzun müddət vəzifələrdə çalışmış bir şəxsiyyət idi. Cənab Abid Şərifovun qudası olmaqla yanaşı həyat yoldaşım Məmmədəli ədliyyə naziri cənab Fikrət Məmmədovla, həm də keçmiş rabitə naziri nadir Əhmədovla da əmiuşaqları olublar. Yəni, həyat yoldaşım Məmmədlinin əmisioğlu Fərrux müəllim Ulu öndər Heydər Əliyevlə bacanaq olmuşlar. Elə rəhmətlik Heydər Əliyev də 2002-ci ilin noyabrın 10-da Şəkiyə son səfəri zamanı Xan sarayının həyətində qoşa çinarın altında Bəxtiyar Vahabzadə və Yaqub Mahmudovla söhbət edərkən qeyd etmişdir ki, mənim Göynük kəndindən bir qohumum olub. Elə bu arada Bəxtiyar müəllim söhbətin məcrasını dəyişmişdir. Əlbəttə, Ulu öndər xatırlamasında Göynükdən olan yeganə bacanağı olmuş Fərrux müəllimi nəzərdə tuturdu. Rəhmətlik kişi Məmmədəli sağlığında deyərdi ki, Şamil qardaşlar arasında bir az imkanlı olduğuna görə bir qohum kimi 1990-cı ildə H.Əliyev Naxçıvana qayıtdıqdan sonra vaxtaşırı onun yanına getmiş və o zaman blokada şəraitində yaşayan Naxçivan üçün H.Əliyevə şəxsən maddi yardımlar təqdim etmişdir. Sonralar isə H.Əliyev qaynım Şamil Mahmudovun dar gündə etdiyi yaxşılığı heç vaxt unutmamış və yüksək dəyərləndirmişdir. Budur, bu gün bizim şəhid ailəmizə qoyulan qiymət də göz qabağındadır. Belə qohum-qardaşlarımın yanında ədalətsizliklə üzləşmişik.Və bu günə kimi heç bir imtiyazdan istifadə etmədiyimiz halda, Dövət Sığorta Şirkəti vaxtilə ailəmizə etdiyi cüzi yardımı FİLə döndərib məlumat verir ki, şəhid Faiq Əbdürəhmanovun vərəsəsinə yardım verilmişdir. Bir daha xatırlatmaq istəyirəm ki, biz 10 nəfərlik ailəmizlə birlikdə 1994-cü ilədək ağac və qamışdan tikilmiş bir otaqlı daxmada şəraitsiz formada yaşamışıq, amma kimsəyə əl açmamışıq. Cənab Prezident, Sizdən çox xahiş edirəm ki, Sığorta şirkətinin 1994-cü ildə ailəmizə etdiyi cüzi ödəmənin məbləğini çıxdıqdan sonra birdəfəlik ödəmənin qalan hissəsinin hərbi qulluqçu olmuş şəhid oğlum Faiq Əbdürəhimovun vərəsəsi kimi mənə ödənilməsinə köməklik göstərəsiniz. Əvvəlcədən təşəkkürlər".

İddia olunanlarla bağlı bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq...

Dia.az
Şəhid anası ölkə rəhbərliyinə müraciət etdi - GİLEY
Şəhid anası ölkə rəhbərliyinə müraciət etdi - GİLEY
Şəhid anası ölkə rəhbərliyinə müraciət etdi - GİLEY
Şəhid anası ölkə rəhbərliyinə müraciət etdi - GİLEY

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.