SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » İslahatların növbəti hədəfi bəllidir... - Elxan Usubov yeni siyasətə ayaq uydura bilmir

İslahatların növbəti hədəfi bəllidir... - Elxan Usubov yeni siyasətə ayaq uydura bilmir

Tarix:

7-01-2019, 10:09

/ 1 696 dəfə oxundu.
İslahatların növbəti hədəfi bəllidir... - Elxan Usubov yeni siyasətə ayaq uydura bilmir

Keçən ilin sonlarında bir neçə rayonun icra hakimiyyəti başçısı dəyişdirildi ki, əslində, bununla bağlı əvvəlindən məlumat verilmişdi.
Bilgilərdə qeyd edilirdi ki, hakimiyyət prezident seçkilərindən sonra vintləri möhkəmləndirmə amaclı bir sıra yerdəyişmələrə gedəcək ki, bunlar da baş tutdu.
DİA.AZ-a daxil olan son məlumatda isə qeyd olunur ki, daha bir neə rayonun icra başçısı dəyişdiriləcək. Bu barədə xəbəri verən qaynaq dəyişikliklərdən birinin
Şəki RİH-də baş tutacağını deyir.

Mənbəyə görə, hazırki icra başçısı Elxan Usubov tutduğu vəzifəsindən azad ediləcək. Onun yerinə kimin təyin ediləcəyini dəqiqləşdirilməyib. Mənbə bildirir ki, Elxan Usubov da yenidən təyinat ala bilməsi üçün çaba sərf edir və hazırda onun yeni postu ilə bağlı müzakirələr aparılır.

Mənbənin söylədikləri: "Elxan Usubov kifayət qədər çevrəli icra başçılarındandır və bu baxəmdan onun yenidən təyinat alacağı daha çox proqnozlaşdırılır".

Əlavə bilgilərimiz olacaq. Bizi izləyin. Qarşı tərəfi də dinləməyə hazırıq...

Dia.az

Şərhlər

XƏBƏR LENTİ