XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Elxan Usubovun da vaxtı yetişib... - İDDİA

Elxan Usubovun da vaxtı yetişib... - İDDİA

Elxan Usubovun da vaxtı yetişib... - İDDİA
3-08-2020, 12:33

Keçən həftə həm də Prezident İlham Əliyevin şimal rayonlarına səfərləri ilə də yadda qaldı. Və bu səfər eyni zamanda sözügedən bölgəyə dövlət büdcəsindən əlavə vəsaitlərin ayrılması ilə də diqqətə gəldi. Təbii ki. cənab Prezidentin burada başlıca məqsədi regonlardakı problemlərlə yerində tanış olmaq və operativ qaydada dövlət müdaxiləsini təşkil etməkdən ibarətdir.

Şimal rayonlarımıza dövlət başçısının səfəri həmçinin növbəti kadr islahatlarına da stimul olacaq. Bunu isə DİA.AZ-a açıqlamasında məlumatlı mənbə iddia edib. Qaynaq bildirir ki, konkret olaraq Şəkidə belə bir dəyişiklik baş tuta bilər.

Dia.az-a bildirilənlər: "Şəkinin icra başçısı postunu məşğul edən Elxan Usubov əvvəlindən korrupsioner məmur olaraq tanınır və onun bu vaxta qədər nədən hüquq-mühafizə orqanlarının xüsusi əməliyyatlarının diqqətindən kənarda qaldığı da anlaşılan deyil".

Mənbə iddia edir ki, şimal rayonlarımıza səfəri zamanı dövlət başçısı təbii ki, ən acınacaqlı durumun məhz Şəkidə olduğuna şahidlik etdi.

"Bu, eyni zamanda Şəkidən Prezident Administrasiyasına və digər dövlət qurumlarına edilən şikayətlərin bolluğu ilə də ölçülən bir məqamdır. Yəni gözləniləndir ki, Elxan Usubov yola salınsın. Təbii ki, sakit şəkildə uğrulanmaq Uzubov üçün ən arzuolunanıdır, amma daha betər aqibət də ola bilər. Bunu isə gözləməliyik..."

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.