XalqXəbər.Az

Tovuz sakini:"Hər gün iş olmur. Olanda da 5-6 manata işləyirəm ödəyə bilmirəm, vurub öldürsünlər məni

yüklənir...
Tovuz sakini:
1-01-2019, 12:38
yüklənir...

Bu gün-sabah oğlumu əsgər aparacaqlar, pul tapıb, onu əməliyyat etdirə bilmirəm''
Tovuz rayonu, Düzqırıqlı kənd sakini Aqil Mirzəyev şəraitli ev, ünvanlı sosial yardım, əmək fəaliyyəti ilə məşğul olmaq üçün normal iş yeri istəyir. Amma onun bu istəkləri arzu olaraq qalır.

Azerbaycanrealligi.com xəbər verir ki, bu sözləri Meydan TV-yə giley-güzar edən kənd sakini günəmuzd işlədiyini söyləyir. Onun sözlərinə görə, kommunal xərclər vəziyyəti daha da ağırlaşdırıb:
"Hər gün iş olmur. Olanda da 5-6 manata işləyirəm. Ən yaxşı halda, 8 manat pul verirlər. Qışda iş olmur, əkin-biçin yoxdur. Damın altında qırılıb, batırıq. 5-6 manatla beş adamdan ibarət külfəti dolandırmaq zülmdür. Qazpulu, işıqpulu da bir yandan evimizi yıxıb. Qazın sayğacı 55 manat yazıb. İşığın da üstündə 45 manat pul var. İşığı, qazı kəsəcəkləri ilə hədələyirlər. Hamısı bir-birinə qarışıb. Ödəyə bilmirəm, vurub, öldürsünlər məni. Neyləyim, çatdıra bilmirəm".

Şikayətçi deyir ki, 13 yaşlı oğlunun səhhətində problem var, qasıq yırtığından əməliyyat olunmalıdır, amma pul yoxdur:
"Bu gün-sabah oğlumu əsgər aparacaqlar, pul tapıb, onu əməliyyat etdirə bilmirəm. Gələcəyin əsgəridir, imkanım da çatmır. Səhər dərsə yola salmışıq, məktəbdə sancılanıb, icazə alıb, evə gəlib. Uşaq bir ayda 3-4 dəfə möhkəm sancılanır".

Bu azmış kimi, 2014-cü ildə Mirzəyevlər ailəsinə verilən 121 manat ünvanlı sosial yardım dayandırılıb. Ailə başçısı təkrar sosial yardım almaq məqsədilə elektron müraciıt edib:
"Elektron qeydiyyatdan keçdim, karta kimi almışdım. Hətta 206 manat sosial yardım yazılmışdı. Kartı bankomata saldım, həmin dəqiqə telefona mesaj gəldi ki, sizin sosial yardımınız müvəqqəti olaraq dayandırılıb. İmtina məktubunda göstərilmişdi ki, guya Vergilər Nazirliyindən qeydiyyatdan keçmişəm, hətta 12 ay vergi ödəməmişəm. Fəhlə adamam, mənimki yer belləməkdir, sahibkarlıq nədir, bilmirəm. Sosiala imtina cavabı gələndə, VÖEN-i bağlatdırdım. Bu, 2016-cı ildə olub".
Çarəsiz qalan Aqil Mirzəyev yenidən ünvanlı sosial yardım alacağına ümid edir. Təkrar onlayn müraciət etməyi düşünür, lakin yenə imtina cavabı alacağından qorxur:
"Dövlətim mənə kömək etsəydi, uşaqlarımı bir yana çıxarardım, əkinçiliklə məşğul olardım. Beş nəfər adam bir otaqda qalmışıq. İmkanım yoxdur ki, əlavə bir otaq da tikdirim. Mal-qaranı almağa da pul lazımdır, gərək tövlən ola. İmkanım olsa, tövlə yerinə otaq tikdirərəm. Əkinçilk üçün də toxum almağa imkanım yoxdur. Fəhlə işi ilə birtəhər girələnirəm. Çox xahiş edirəm, mənə ünvanlı sosial yardım ayrılsın, övladlarımı dolandırım"

Məsələ ilə bağlı Vergilər Nazirliyi Meydan TV-nin sorğusunu cavablandırıb:
"Mirzəyev Aqil Oqtay oğlunun heç bir vergi borcu yoxdur. Sistem göstərilən VÖEN altında ödəyici müəyyən etmir. Ümumiyyətlə, hər hansı bir şəxs VÖEN-ni bağlatdırıbsa, onun heç bir borcu ola bilməz. Adətən, kimsə vergi uçotunu bağlayırsa, o zaman onun son borcu yoxlanılır, yalnız bundan sonra VÖEN bağlanır".
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti isə göndərdiyimiz sorğunu cavabsız buraxıb. Mətbuat xidmətinin rəhbəri zənglərə cavab verməyib.

Azerbaycanrealligi.com

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.