SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Əhəd Abıyevin gedişi gündəmdə: Şamaxı kimi Daşkəsənə də “B” planı...

Əhəd Abıyevin gedişi gündəmdə: Şamaxı kimi Daşkəsənə də “B” planı...

Tarix:

17-12-2018, 10:14

/ 2 567 dəfə oxundu.
Əhəd Abıyevin gedişi gündəmdə: Şamaxı kimi Daşkəsənə də “B” planı...

Daşkəsənin icra başçısı Əhəd Abıyevin son aylar həm səhhəti ilə bağlı yaranan problemlər, həm fəaliyyəti haqda yayılan xəbərlər onun vəzifədən çıxarılmasını gündəmə gətirib.

Sosial mediaya istinadla xəbər veririk ki, dövlət rəhbərliyi Daşkəsəndə daha enerjili, gənc bir kadr fəaliyyət göstərməsini istəyir.

Necə ki Şamaxıya belə bir təyinat oldu.

Ə.Abıyevin aprel qazisi ilə çəkişməsi, vaxtaşırı yersiz açıqlamalar verməsi, bəzən mətbuatda öz piarı ilə məşğul olması da xoşagələn hal kimi qəbul edilməyib.

Siyasi rəhbərlik əyalətlərə adı qalmaqaldan uzaq, korrupsiya ittihamı ilə üzləşməyən, xarici təhsilli gəncləri göndərməyə başlayıb.

Ə.Abıyevin adı MTN işi üzrə ifadə verməkdən tutmuş büdcə pullarının maxinasiyası, Kərəm Həsənovla kombinat uğrunda didişməyə qədər hallanıb.

Ölkə rəhbərliyi isə artıq Şamaxının yeni icra başçısı Tahir Məmmədov kimi kadrları irəli çəkməyi, Daşkəsənə də yeni məmur təyin etməyi planlaşdırır.

Avrasiya.net portalı Daşkəsənin icra başçısı haqda sensasion iddia yayıb. Sayt iddia edir ki, Əhəd Abıyevin hakimiyyətə açıq şəkildə çıxdığı deyilir. Daşkəsənə ayrılan vəsait azalandan Abıyev orda-burda iqtidarın ünvanına yaxşı-yaman sözlər danışır.

Daşkəsənə icra başçısı təyin edildiyi 8 ildə onun gördüyü (əslində görmədiyi) işlər yoxlansa, hansı faktların ortaya çıxacağı əksəriyyətə bəllidir.

Əhəd Abıyev başçı olduğu müddətdə Daşkəsəndə satmadığı torpaq qalmayıb. Xaşbulaq kəndində 1 qarış olsun torpaq qalmayıb. Ə.Abıyev sotunu 5 min manatdan satıb.

Onun ağzı söyüşlü olması, mətbuatda çıxış edərkən qaydaları gözləməməsi da yuxarıların diqqətindədir. Belə müzakirələr var ki, rayona əhali işləyən məmur təyin olunsun.

Düzdür, prezident dəfələrlə öz çıxışlarında yerli icra hakimiyyəti strukturlarının vəzifəli şəxslərinə xəbərdarlıqlar edib, onları xalqı incitməməyə çağırıb, vətəndaşlara qüsursuz xidmət göstərməyə səsləyib.

Təəssüf ki, əksər İH başçıları dövlət başçısının iradlarını, tövsiyə və tapşırıqlarını qulaqardına vurur.Belə icra başçılarından biri də Əhəd Abıyevdir.

Vaxtaşırı başçının müharibə veteranları, şəhid ailələri ilə davaları haqda mətbuatda xəbərlər dərc olunur.

Onun sonuncu belə davası aprel döyüşlərində qolunu itirmiş qazimiz Arzu Məmmədovla olub. A.Məmmədov Əhəd Abıyevin ondan rüşvət aldığını, aldatdığını, sonra da təhdid etdiyini bildirib.

Sual olunur, Vətən yolunda qolunu itirmiş qazini ev vermək adıyla aldadıb pulunu mənimsəmiş bir icra başçısı Ermənistanla sərhəddə yerləşən Daşkəsəni necə qoruya bilər?! Nə yaxşı sərhəd rayonlarımızın müdafiəsi tamahkar icra başçılarının ümidinə buraxılmayıb.

Çox şükürlər olsun ki, Azərbaycanın rəşadətli Ordusu Vətən torpağını gecə-gündüz düşməndən qoruyur. Amma Əhəd Abıyev kimi məmurlardan Azərbaycanı necə qoruyaq, bu, hələ aydın deyil.

Artıq Əhəd Abıyevin hakimiyyətə açıq şəkildə çıxdığı deyilir. Daşkəsənə ayrılan vəsait azalandan Abıyev aqressivləşib.

Bundan əlavə, prezidentin yanında etimad qazanmış əmlak komitəsə sədri Kərəm Həsənovla Əhəd Abıyev yola getmirlər. Bu qarşıdurmanı alovlandıran filiz kombinatı olub.

K.Həsənovun qazandığı etimadın nəticəsidir ki, onun kadır olan Əziz Əzizov Yasamal rayonuna icra başçısı təyin edildi, digər kadrı Namiq Zeynalov Cəlilabada başçı qoyuldu.

Amma onunla didişən Əhəd Abıyev özünə tələ qurmaqdadır. İddialara görə, komitə sədri ölkə rəhbərliyini inandırmağa çalışır ki, Daşkəsənə də onun işləyən, istəkli kadrlarından biri təyin olunsun.

Bununla həm filiz kombinatına nəzarət güclənər, həm də Daşkəsəni də Kərəm Həsənov kurasiya etmiş olar. K.Həsənovun siyasi rəhbərliyə Əhəd Abıyev haqda məlumatlar verdiyi, ona problem yaratdığını söylədiyi bildirilir.

Hətta prezidentin konfransında Abıyevin açıq şəkildə Həsənovu hədəfə alması və kombinatın özəlləşdirilməsinə komitə sədrinin problem yaratdığını dilə gətirməsi münasibətləri daha da pisləşdirib. Ona görə “B” planı işə düşə və Şamaxı kimi Daşkəsənə də gənc məmur İH başçısı göndərilə bilər.

Cahan.info

Şərhlər

XƏBƏR LENTİ