SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Beyləqanda “konsert” başlayır- korrupsioner Balakişiyevin solo ifası

Beyləqanda “konsert” başlayır- korrupsioner Balakişiyevin solo ifası

Tarix:

8-11-2018, 16:13

/ 1 705 dəfə oxundu.
Beyləqanda “konsert” başlayır- korrupsioner Balakişiyevin solo ifası

Beyləqan rayon İcra Hakimiyyətinin (RİH) Beyləqan şəhəri üzrə nümayəndəsi Bakir Balakişiyev dəvəsi ölmüş ərəbə dönüb.

Kişinin üzündən –gözündən min ilin əzabı yağır. Səbəb isə çox sadədir.

Mozalan. az-a verilən məlumata görə Beyləqana yeni təyin olunmuş Asif Ağayev xidmət sahələrinin rəislərin yığaraq 2 gün öncə iclas keçirib.

Ancaq zavallı Bakır müəllimi həmin iclasa çağırmayıb. Rayonda da o saat pıçhapıç düşüb ki, bəs yaqin təzə başçı kişinin “dalından dəyməyə” hazırlaşır.

Həqiqətən də Beyləqan merinin təşviş keçirməyə səbəbi var. Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev yeni icra başçısını rayon ictimaiyyətinə təqdim edərkən Vaqif Abdullayevin işdən azad edilməsinin səbəbini açıqlamışdı. Bildirmişdi ki, sabiq başçı yerli məmurlarla düzgün iş qura bilməyib. Yəni bəzi məmurların korrupsiyaya qurşanmasına şərait yaradılıb.

Elə Asif Ağayev son keçirdiyi toplantıda qeyd edib ki, prezident onu şəxsən qəbul edərək bildirib ki, Beyləqandakı vəziyyətdən və işlərin yaxşı aparılmamasından, indiyə qədər rayona ayrılan pulların təyinatı üzrə xərclənməməsindən xəbərdardır.

Və İlham Əliyev məhz bu hallara görə onu bu vəzifəyə təyin edib. Bu isə Asf Ağayevin məsuliyyətini ikiqat artırır.

Odur ki, yeni başçı beyləqanlıların ürəyindən tikan çıxararaq “julik” kimi ad çıxarmış, rüşvətxor məmurlarıl alaq otu kimi təmizləməyə hazırlaşır.

Ötən illərdə, həm Vaqif Abdullayev , həm də ondan qabaq rayonda xeyli yeyinti olub.

Bakır Balakişeyevin tender oyunlarında silinən bir neçə milyon manatın hara xərclənməsindən mütləq xəbəri olub.

Şəhər meri təyin edildikdən sonra isə özünün korrupsiya maxinasiyalarını sürətlə inkşaf etdirən Bakir Balakişiyev dövlətdən oğurladığı pullar hesabına “kiçik oliqarxa” çevrilib desək yanılmarıq. Beyləqanda hər kəs yaxşı bilir ki, Bakir Balakişiyevin əsas qazancı şəhər küçələrinin asfaltlanması ilə bağlıdır. Hər il aparılan bu asfaltlanma “əməliyyat”ından şəhər meri çox karlı çıxıb. Çünki Bakir Balakişiyev və ortaqları asvaltlanma,abadlaşdırma, səkisalma prosesi adı altında dövlət büdcəsini talamaqla məşğul olub.

Bu maxiinasiyalar haqda ətraflı yazacağıq.

Onun daha bir korrupsiya əməlləri Beyləqan şəhər ərazi nümayəndəliyinin tabeçiliyində olan uşaq bağçaları ilə bağlıdır. Bu bağçalarda təmir adı ilə xeyli pul silinib. Realıqda isə divarlara adi rəng, emusiya belə vurulmayıb.

Diğər tərəfdən bağçaların arzaq təminatından da o xeyli qazanc əldə edib. Yeri gəlmişkən, bağçalardan birinin müdirəsi elə Bakır Balakişiyevin həyat yoldaşıdır.

Odur ki, Beyləqanda “konsert” hələ qabaqdadır. Vaqif Avdullayevin büdcəni dağıdan şəbəkəsi yaxın zamanlarda ifşa olunacaq və hərəkətlərinə hüquqi qiymət veriləcək.Bizi izləyin.

Mozalan. az

Şərhlər

XƏBƏR LENTİ