SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » SOS: Beyləqanın icra başçısı öz bazarında əhalini zəhərləyir

SOS: Beyləqanın icra başçısı öz bazarında əhalini zəhərləyir

Tarix:

4-03-2017, 22:54

/ 2 172 dəfə oxundu.
SOS: Beyləqanın icra başçısı öz bazarında əhalini zəhərləyir

Şəkildə görünən ərazi Beyləqan mərkəzi bazarının arxa hissəsidir

Adıçəkilən ərazidə antisanitariya baş alıb gedir. Bu barədə yerli sakinlər məlumat verib.

Belə ki, bütün qış vaxtı mərkəzi bazardan çıxarılan zibilləri həmin əraziyə töküblər. İndi isə həmin ərazini zibillərdən təmizləmək üçün asan yol seçiblər.

Zibilləri yandırırlar və nəticədə ətrafı üfunət iyi verən tüstü duman kimi bürüyür. Sakinlərin dediyinə görə, belə şəraitdə ərzaq məhsulları satılır. Ancaq rayon rəhbərliyinin vecinə də deyil. Üstəlik, Beyləqan bazarı barədə ilk dəfə deyil ki, xəbər gəlir.

Bir müddət əvvəl işıq pulunu ödəmədikləri üçün Beyləqan Rayon Elektrik Şəbəkəsi (REŞ) qeyd olunan bazara verilən elektrik enerjisini kəsmişdi.Uzun müddətdir ki, bazarın elektrik təminatına məsul olan şəxslər bazarda çalışan şəxslərdən hər ay 4 manat işıq pulu yığırlar.

Lakin onlar yığdıqları pulları REŞ-yə köçürmək əvəzinə mənimsəyiblər. Nəticədə bazarın REŞ-nə 5000 manat işıq pulu borcu yaranıb və bu səbəbdən də bazara verilən elektrik enerjisini kəsiblər.

Yerli sakinlərin verdiyi xəbərə görə, bu bazarın keçmiş icra başçısı oğluna məxsus olması və hazırkı icra başçısı Vaqif Abdullayevin payının olması faktdır.

Bundan əlavə, vergi işçiləri boş bazarda meydan sulayıblar. Buna səbəb plan doldurmaq olub. Beyləqan rayon Vergi İdarəsinin əməkdaşları deyiblər ki, ilin axırıdır, verginin planında kəsirlər var.

Bunu aradan qaldırmaq üçün məcburən 20-30 nəfərə cərimə yazmaqla vəziyyətdən çıxmaqdan başqa əlacları yoxdur.

Bazar işçiləri isə vəziyyətdən çıxış yolunu 5-10 gün qaçıb gizlənməkdə görürlər.Vaqif Abdullayev illərdir ki, Beyləqanın baş bəlasına çevrilib və onun fəaliyyəti rayonda ancaq problem yaratmaqdır.

Beyləqan rayonunda məmur özbaşınalıqları dözülməz həddə çatıb.Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevin bitib-tükənməyən qanundan kənar əməlləri yerli əhalini narazı salmaqla yanaşı, onların yaşayış səviyyəsinə də öz mənfi təsirini göstərib.

Belə ki, bu gün rayonda yerli sakinlər normal iş tapa bilmirlər. Buna görə də əhalinin bir hissəsi iş ümidi ilə başqa rayonlara və paytaxta üz tuturlar.

Şərhlər

XƏBƏR LENTİ