SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Qusarın icra başçısı vətəndaşın əmlakını əlindən alıb - ŞİKAYƏT

Qusarın icra başçısı vətəndaşın əmlakını əlindən alıb - ŞİKAYƏT

Tarix:

4-03-2017, 10:31

/ 2 215 dəfə oxundu.
Qusarın icra başçısı vətəndaşın əmlakını əlindən alıb - ŞİKAYƏT

xalqxeber.az-a Qusar rayon sakini, 2-ci grup əlil Ağamirzəyev Hacımirzə Ağamirzə oğlu tərəfindən şikayət məktubu daxil olub.Narazı vətəndaşın şikayət məktubunu olduğu kimi oxuculara təqdime dirik.

"1992-1993-cüillərdə Qusar rayonun Samur qəsəbəsi ərazisində fərdi yaşayış evin tikilməsi məqsədilə mənə ayrılmış 0, 36 ha həyətyanı torpaq sahədə əzab-əziyyətlə, külli miqdarda vəsait xərcləməklə tikdiyim 5 otaqlı yaşayış evim, 2 otaqlı hamam binası, 2 otaqlı yardımçı bina, 02.06.2010-cu il tarixdə Qusar rayon icra başçısı Şair Alxasovun şifahi tapşırığı əsasında, məhkəmənin qərarı olmadan, rəsmi xəbərdarlıq edilmədən, kompensasiya ödənilmədən, tamah məqsədilə, mülkiyyətimdəki 0, 46 ha torpaq sahəmi zorla əlimdən alaraq. həmin torpaq sahədə özlərinə kommersiya obyektlərin tikilməsi niyyətilə, Qusar rayon icra hakimiyyətin vəzifəli şəxsləri Şahid Fərəməzov, Elşad Əlimuradov, Nadirşah Məmmədov, Mahir Müstafayevin rəhbərliyi ilə, Qusar RPŞ-nin Samur PB-nin sabiq rəisi Ədalət Qafarov, həmin polis bölməsinin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili Laçın Hacıyev, digər vəzifəli şəxslərin iştirakı ilə ekskavatorla sökülərək, bütün əmlakım qəsdən məhv edilməklə, evimdə, seyfdə saxladığım 30000 manat, 8000 ABŞ dollar pulum vəzifəli şəxslər tərəfindən mənimsənilərək, öz aralarında ata-baba malı kimi bölüşdürülməklə, Azərbaycan Respublikası CM-nin 157, 177.3.2, 308.1, 309.1-ci maddələrində nəzərdə tutulan cinayət tərkibli hərəkətə yol verilmişdir.

Mənə qarşı edilmiş qanunsuz, cinayət tərkibli hərəkətlə əlaqədar, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş vətəndaş hüquqlarımızın müdafiə edilməsi, həmdə Azərbaycan Respublikası CPM-nin 12.2-ci maddəsinin tələblərinə üyğun olaraq, cinayət tərkibli hərəkət etməklə, bütün əmlakımı qəsdən məhv etmiş vəzifəli şəxslər barəsində cinayət işinin başlanması tələbi ilə 7 il ərzində yüz dəfələrlə Azərbaycan Respublikasının prezdenti İlham Əliyev cənablarına, Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralov cənablarına, DİN-i Ramil Usubov cənablarına, Azərbaycan Respublikasının Milli Məclisin sədri Oktay Əsədov cənablarına, Azərbaycan Respublikasının İnsan Hüquqlarının Müdafiəsi Üzrə Müvəkkili ( OMBUDSMAN ) Elmira xanım Süleymanovaya, Azərbaycan Respublikasının Birinci xanımi, Milli Məclisin üzvü Mehriban xanım Əliyevaya, İNTER AZ TV-yə, ATV TV-yə, digər xəbər agentliklərinə rəsmi müraciət edilmiş, bütün müraciətlərim tədbir görülməsi, zərərçəkmiş vətəndaşa köməklik göstərilməsi məqsədilə Qusar RİH-nə, Qusar rayon prokurorluğuna göndərilsə də, onlar tərəfindən icra edilməyərək arxivə göndərilmişdir.

Qusar rayon icra başçısından kompensasiya tələb etdikdə isə, o,öz nüfuzundan istifadə edərək, Qusar rayon prokuroru Zahid Vəliyev cənablarına qanunsuz tapşırıq verməklə, əsassız ittiham elan etməklə, barəmdə başqa yerə getməmək cəza tədbiri seçməklə, məni əsassız olaraq Azərbaycan Respublikası CM-nin 188-ci maddəsi ilə təqsirləndirərək, cinayət işi yekunlaşdıraraq materialları Qusar rayon məhkəməsinə göndərmişdir.

Qusar rayon məhkəməsinin sabiq hakimi, hal-hazırda Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi, hörmətli Telman Məmmədov cənabları həmin cinayət işi 3 il ərzində araşdıraraq, Qusar rayon icra bşçısı Şair Alxasovun təsir-təzyiqlərinə, Qusar rayon prokuroru Zahid Vəliyev cənablarının qanunsuz xahişlərinə heç bir əhəmiyyət vermədən, Azərbaycan Respublikasının hörmətli prezdenti İlham Əliyev cənabları tərəfindən ona etibar etdiyi " HAKİMLİK " vəzifəsini vicdanla icra etməklə, Azərbaycan Respublikasının qanunlarını hər şeydən üstün tutmaqla, Qusar rayon məhkəməsinin 11 iyul 2013-cü il tarixli hökmü ilə, cinayət hadisəsi olmaması əsası ilə mənə bəraət vermişdir.

Qusar rayon prokuroru Zahid Vəliyev cənabları Qusar rayon məhkəməsinin 11 iyul 2013-cü il tarixli qərarla razılaşmayaraq, mənə qarşı qaldırdığı əsassız ittihamlarını qüvvəsində saxlanılması məqsədilə, həmin hökmdən protest verməsinə baxmayaraq, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası və Ali Məhkəmənin Cinayət Kollegiyası Qusar rayon məhkəməsinin 11 iyul 2013-cü il tarixli qərarını dəyişdirmədən öz qüvvəsində saxlamışdır.Hüquq -mühafizə və məhkəmə organlarının qanunsuz hərəkətlərinə görə mövcud qanunvericiliyinə əsasən mənə Dövlət büdcəsindən 1700 manat təzminat şəklində ödənilmişdir.

Azərbaycan Respublikası CPM-nin 12.2-ci maddəsinin tələblərinə, Konstitusiya hüquqlarım çərçivəsində, bütün əmlakımı qəsdən məhv etməklə, evimdəki 30000 manat, 8000 ABŞ dollar pulumu oğurlamaqla, öz aralarında bölüşdürməklə cinayət tərkibli hərəkət etmiş vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi tələbi ilə, dəfələrlə Qusar rayon prokurorluğuna, digər rəhbər organlara rəsmi müraciət etsəm də, Qusar rayon prokuroru Zahid Vəliyev cənabları müraciətlərimə heç bir əhəmiyyət vermədən, cinayət tərkibli hərəkət etmiş vəzifəli şəxslərin cinayət əməllərini bilərəkdən müdafiə etmişdir.

Qusar rayon prokuroru Zahid Vəliyev cənablarının prosessual rəhbərliyi ilə 7 il ərzində Qusar RPŞ-nin Samur pb-nin təhqiqatçıları Rafael Tağıyev, Vidadi Osmanov, Xəqani Dadaşov, Kənan Nəcəfov cənabları qeyri obyektiv təhqiqat aparmaqla " cinayət işinin başlanmasının rədd edilməsi " barədə qərarlar qəbul edilməsinə baxmayaraq, həmin qərarlar məhkəmə nəzarəti qaydasında tərəfimdən verilmiş şikayətlərim əsasında Qusar rayon məhkəməsinin, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının məlum qərarları əsasında ləğv edilərək, dəfələrlə cinayət materialları təhqiqata prossesual rəhbərliyi həyata keçirən Qusar rayon prokurorluğuna geri qaytarılmışdır. Bütün hallarda Qusar rayon prokuroru Zahid Vəliyev cənabları Qusar RPŞ-nin Samur PB-nin təhqiqatçıların işinə əsasız müdaxilə etməəklə, təhqiqatçılar tərəfindən qanunamüvafiq qərarlar qəbul edilməsinə maneçilik törədilmişdir.

Axırıncı dəfə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17.02.2017-ci il tarixli qərarı ilə Qusar RPŞ-nin Samur PB-nin təhqiqatçısı polis baş leytenantı Kənan Nəcəfov tərəfindən qəbul edilmiş " cinayət işinin başlanmasının rədd edilməsi " barədəki 12.11.2016-cı il tarixli qərar, həm də həmin qərarı qanuni hesab etmiş Qusar rayon məhkəməsini 13.12.2016-cı il tarixli qərar ləğv edilərək, materiallar təkrarən təhqiqata prossesual rəhbərlik edən Qusar rayon prokurorluöuna qaytarılmışdır.
Göründüyü kimi, bütün hallarda Qusar rayon prokuroru Azərbaycan Respublikasının qanunvericilik tələblərini bilərəkdən pozmaqla, cinayət tərkibli hərəkət etmiş Qusar rayon icra hakimiyyətinin vəzifəli şəxslərin cinayət tərkibli hərəkətlərini bilərəkdən müdafiə edir.

Azərbaycan Respublikası CPM-nin 37.5.2-ci maddəsinin tələblərinə üyğun olaraq, cinayət tərkibli hərəkət etmiş vəzifəli şəxslər barəsində cinayət işinin prokurorluq tərəfindən başlanmasını tələb etsəm də, Qusar rayon prokurorluğu həmin cinayət işini öz icraatına götürməyərək, vəzifəli şəxslər barəsində cinayət işinin başlanması barədə qərar qəbul etməmişdir.
21 fevral 2017-ci il tarixdə Azərbaycan Respublikasının Baş prokurorluğunda prokurorluğun idarə rəisinin müavini Nurəli Məmmədov cənabları, şöbə prokuroru İlqar Hüsəynov cənablarının iştirakı ilə məni səmimi qəbul edərək, mənə hörmət -ehtiram göstərməklə bildirmişdir ki, vəzifəli şəxslərin cinayət tərkibli hərəkətlərini Qusar RPŞ-nin təhqiqatçıları yox, həmin işi Qusar rayon prokurorluğu öz icraatına götürməklə araşdırma aparmalıdır.Həmçinin, Nurəli Məmmədov cənabları şöbə prokuroru İlqar Hüseynov cənablarına tapşırıq verərək, cinayət işi təhqiqatçıların icraatından götürülərək prokurorluq tərəfindən araşdırma aparılmasının qanunauyğun olması barədə tələbini Zahid Vəliyev cənablarına çatdırılmasını xahiş etdi.
Dəfələ Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov cənablarına edilmiş rəsmi müraciətlərimə cavab olaraq, mənə Azərbaycan Respublikasının Baş prokurorluğun idarə rəisin müavini Nurəli Məmmədov cənablarının imzası ilə göndərilmiş cavab məktublarında qeyd edilmişdir ki, guya 02.06.2010-cu il tarixdə mənə məxsus yaşayış evimdə yanğın olmuş, həmin yanğın nəticəsində bütün əmlakım məhv edilmişdir. Nurəli Məmmədov cənablarının imzası ilə , qeyri obyektiv, həqiqəti əks etdirməyən,heç vaxt evimdə yanğın hadisəsi olmamasını idarə rəisin müavini Nurəli Məmmədov cənablarına izah edərək, həmin ədalətsiz cavablardan narazı qaldığımı bildirdikdə, o, bildirdi ki, Qusar rayon prokurorluğu evinizdə yanğın hadisəsi baş verməsi barədə arayış təqdim etdiyinə görə tərəfimizdən sizə həmin cavablar göndərmək məcburiyyətində qalmışıq. Nurəli Məmmədov cənabları həmin faktın araşdırılmasını şəxsən şöbə prokuroru İlqar Hüseynov cənablarına tapşıraraq, nəzarətə götürülərək ona məruzə edilməsi barədə ona tapşırıq verdi.

Yuxarıda qeyd etdiklərim xüsusatlar bir daha sübut edir ki, Qusar rayon prokuroru Zahid vəliyev cənabları cinayət işi öz icraatına götürmək istəmir, təhqiqatçılar tərəfindən ədalətsiz, vətəndaş hüquqlarını təmin etməyən qərarlar qəbul etməsi üçün əsasız tapşırıq verməklə , cinayət tərkibli hərəkət etmiş Qusar rayon icra hakimiyyətinin vəzifəli şəxslərin cinayət tərkibli hərəkətlərini bilərəkdən müdafiə etməkdən əl çəkmir.
Qusar rayon prokuroru Zahid Vəliyev cənabları qanunla qorunan Konstitusiya hüquqlarımızı qorumadığına baxmayaraq, Qusar rayonun ədalətli hakimləri, Qusar rayon məhkəməsinin hörmətli sədri, hakim Adil Vəliyev cənabları, Qusar rayon məhkəməsinin sabiq hakimi, hal-hazırda Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Telman Məmmədov cənabları, hakim Rafiq Kazımov cənabları, sabiq Qusar rayon məhkəməsinin hakimi, hal-hazırda Mingeçevir şəhər hakimi Ələkbər Hüseynov cənabları, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri, hörmətli, hakim Vidadi Cəfərov cənabları, hakim Nazim Mövsümov cənabları, hakim Mübariz Zeynalov cənabları, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi hörmətli, Lətifə xanım Məmmədova Azərbaycan Respublikasının qanunvericilik tələblərini hər şeydən üstün tutaraq, onları olduğu kimi, eyni cür icra etməklə, Azərbaycan Respublikasının hörmətli prezdenti İlham Əliyev cənabları tərəfindən onlara etibar edilmiş hakimlik vəzifəsini vicdanla, şərəflə icra edərək, qanunla qorunan Konstitusiya hüquqlarımızı qoruyaraq, Qusar rayon prokurorluğun prosessual rəhbərliyi ilə, Qusar RPŞ-nin Samur PB-nin təhqiqatçıları Rafael Tağıyev, Vidadi Osmanov, Xəqani Dadaşov, Kənan Nəcəfov tərəfindən qəbul edilmiş, 2 cinayət işinin başlanmasının rədd edilməsi " barədə , hüquqlarımızı təmin etməyən ədalətsz qərarları ləğv etmişdir.

Konstitusiya hüquqlarımızı qorumaqla, ədalətli qərarlar qəbul etmiş bütün Azərbaycan Respublikasının prezdenti İlham Əliyev tərəfindən onlara etibar etdiyi hakimlik vəzifəsini vicdanla icra edən, ədalət prinsipini hər şeydən üstün tutaraq hüquqi cəhətdən ədalətli qiymətləndirən bütün hakimlərlə fəxr edirəm".

Qaraşı tərəfin də mövqeyini dinləməyə hazırıq...

Şərhlər

XƏBƏR LENTİ