SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Ucar sakini millətindən kömək istəyir... - Müraciət

Ucar sakini millətindən kömək istəyir... - Müraciət

Tarix:

3-09-2018, 09:29

/ 2 439 dəfə oxundu.
Ucar sakini millətindən kömək istəyir... - Müraciət

Ucar rayonu Çiyni kənd sakini Əhmədov Əhməd İlqar oğlu xalqxeber.az-a müraciət ünvanlayıb. Həmçin müraciəti təqdim edirik:

"Hörmətli İnsanlar !
Mən 2012-ci il tarixdə Gəncə Texnologiya Universitetinin Dövlət və bələdiyyə idarəetmə fakultəsinə daxil olmuşam. Həmin Universitetdə qiyabi oxuyub 2012-ci il tarixdə həqiqi hərbi xidmət edib 2014-ci il tarixdə hərbi xidmətimi başa vurub tərxis olunmuşam.Təhsil aldığılm Universitetdə 2 il oxuduğum müddətdə hər il 1300 manat təhsil haqqı ödəmişəm. Sonrakı ili təhsil haqqımı ödəyə bilmədiyim üçün məni imtahanlara buraxmadılar.Buna görə təhsilim yarımçıq qalıb. Atam Ucar rayon Komunal Təsərrüfat İdarəsində fəhlə işləyir ayda 125 manat maaş alır.Bu pulla biz heç 10 gün yaşaya bilmirik.Buna görə rayonda şadlıq evində ofsiant işləyirəm ki, ailəmiz aclıqdan məhv olmasın.Maddi imkansızlıqdan təhsil haqqımı ödəyə bilmirəm ki, təhsilimi başa vurub ali təhsil diplomumu ala bilim.Ailəmizin imkansız olması mənim arzularımı ürəyimdə qoyub.Arzum odur ki, təhsilimi başa vurub ali təhsil diplomumu alıb dövlətə ixtisaslı kadr kimi töhfələr verim.Çox təssüf olsun ki, maddi imkansızlıq arzumun rellaşmasına mane oldu.
Anacaq bütün bunlara baxmayaraq ümüdümü üzməmişəm ona görə ki, Azərbaycanda vicdanlı, mərhəmətli, imkanlı insanlar var. İnanıb ümüd edirəm ki, hansısa bir mərhəmətli imkanlı insan bu müraciətimi araşdırıb mənim təhsilimi davam etdirməkdə maddi köməklik göstərəcək.

Hörmətli İnsanlar !

Sizdən çox-çox xahiş edirəm yarımçıq qalmış ali təhsilimi davam etdirib ali diplomumu almaq üçün mənə maddi köməklik göstərəsiniz. Mən söz verirəm ki, öz savad-bilik bacarığımla ali məktəbi oxuyub dövlətə vicdanla xidmət edəcəm və mənə təhsilimi başa vurmaqda yardımçı olan insanın borcunu qaytaracam..
Əlaqə telefonu; (050) 474-78-22"
Ucar sakini millətindən kömək istəyir... - Müraciət
Ucar sakini millətindən kömək istəyir... - Müraciət
Ucar sakini millətindən kömək istəyir... - Müraciət
Ucar sakini millətindən kömək istəyir... - Müraciət
Ucar sakini millətindən kömək istəyir... - Müraciət

Şərhlər

XƏBƏR LENTİ