SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Yevlax Rayon İcra Hakimiyyəti Qarabağ əlili və şəhid ailələrinə iylənmiş qurban əti paylayıb - ŞİKAYƏT VİDEOSU

Yevlax Rayon İcra Hakimiyyəti Qarabağ əlili və şəhid ailələrinə iylənmiş qurban əti paylayıb - ŞİKAYƏT VİDEOSU

Tarix:

24-08-2018, 10:15

/ 1 629 dəfə oxundu.
Yevlax Rayon İcra Hakimiyyəti Qarabağ əlili və şəhid ailələrinə iylənmiş qurban əti paylayıb - ŞİKAYƏT VİDEOSU

Yevlax Rayon İcra Hakimiyyəti Qarabağ əlili və şəhid ailələrinə iylənmiş qurban əti paylayıb. Bu barədə BakuNews.az Azerbaycanrealligi.com istinad'n xəbər verir ki, sosial şəbəkədə yayılmış videoya görə Yevlax rayon sakinləri Yevlax Rayon İcra Hakimiyyətinin Qurban bayramı münasibətilə Qarabağ əlil və şəhid ailələrinə payladığı qurbanlıq ətlərin vəziyyətindən çox narazıdırlar. Yevlax rayon sakini üç Qarabağ əlili və şəhid ailəsinə verilən qurbanlıq ətlərini nümayiş etdirərək onlara edilən dırnaqarası "hörməti" təhqir kimi dəyərləndirir. O deyir: "Bu iylənmiş əti bu əziz gündə kim kimin qapısına pay aparar. Qarabağ əlili, şəhid ailəsinə qoyulan hörmətə baxın". Yevlax sakini Qarabağ əlilinin xanımı Yevlax Rayon İcra Hakimiyyətinin belə bir məsuliyyətsiz hərəkətindən şikayətlənərək bu gerçəkliyin sosial şəbəkədə yayılmasını və Qarabağ əlil və şəhidlərin ailələrinə edilən hörmətsizliyin bariz nümunəsinə göz yummamağı, problemi işıqlandırmağı xahiş edir.

Şərhlər

XƏBƏR LENTİ