yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Neftçala şəhər 4 saylı tam orta məktəbin direktoru Təhsil Nazirliyinin adından pul yığır-İDDİA

Neftçala şəhər 4 saylı tam orta məktəbin direktoru Təhsil Nazirliyinin adından pul yığır-İDDİA
7-12-2017, 16:25 125 dəfə baxılıb

Elton Həbibov adına Neftçala şəhər 4 saylı tam orta məktəbin direktoru Balaşova Şəfəq Əlimərdan qızı ilə bağlı elektron poçtumuza ilginc məlumatlar göndərilib.
Məlumatda bildirilir ki,direktor tutduğu vəzifəsindən sui-istifadə edərək qanunsuz işlərə imza atır:
“Bu məktəb Neftçalada ən çox qanun pozuntularının qeydə alındığı təhsil ocağı kimi tanınır. Məktəbdə yuxarı sinif şagirdlərinin dərsə davamiyyəti aşağı səviyyədədir. Ali məktəblərə repetitor yanında hazırlaşan 10 və 11-ci sinif şagirdləri direktorla “anlaşıb” aylığa çıxırlar. Bundan əlavə məktəbin direktoru işi o həddə çatdırıb ki, bu təhsil ocağında dərs alan şagirdlərdən aylıq “haqq” alır.”
Məlumatda əlavə olaraq iddia olunur ki, direktorun təlimatı ilə 9-cu sinifə qədər oxuyan şagirdlərdən hər ay 5 manatdan pul yığılır. Və bu məcburi qayda daşıyır. Həmin məbləğ 9-11-ci sinif şagirdləri üçün isə iki dəfə çoxdur. Yəni, 10 manat. Məktəbin direktoru bu pulları özü üçün deyil, Təhsil Nazirliyinin tapşırığı əsasında topladığını iddia edir. Deyilənlərə görə, direktor hətta birbaşa təhsil nazirliyinin əməkdaşı "K" ilə görüşdüyünü və pulları da bilavasitə ona verdiyini iddia edir.

Qarşı tərəfi dinləməyə və mövqeyini dərc etməyə hazırıq.

xeberdar.net


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: tam, mektebin, orta, direktoru, Neftchala, sayli, yigir DDA, Nazirliyinin, adindan, sheher, Tehsil, pul, 4
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

14-12-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ