yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Sahibkar iş qurmaq istədi, işə düşdü - QAXDAN ŞİKAYƏT

Sahibkar iş qurmaq istədi, işə düşdü - QAXDAN ŞİKAYƏT
15-11-2017, 09:54 2 758 dəfə baxılıb

Sahibkar Məzahir Xələfov iş qurmaq istəyib və özü çətinə düşüb. O, quracağı biznes üçün mülki qaydada alqı-satqı yolu ilə əmlak - 9 ədəd irihəcmli çən alıb. Az keçməyib ki, böyük qanun pozuntularına yol verilməklə çənlər əlindən alınıb. Həmin çənlərə görə ödədiyi pulları da geri qaytarmaq istəmirlər.
M.Xələfov çənləri “Qax Konserv” MMC-dən alıb. Alqı- satqı MMC binasında qaimə-faktura verilməklə bir neçə nəfərin iştirakı ilə baş tutub. Satan MMC sahibinin oğlu Rasim Abbasov, alan isə M.Xələfov olub. İş adamının yazdıqlarından belə aydın olur ki, alqı-satqıda Rasim Abbasovun anası və xalası da iştirak ediblər və onun çənlərə görə verdiyi pulu da R.Abbasovdan alıblar.
Çənləri alıb quracağı işin yarısını gördüyünü düşünən sahibkar az keçməyib ki, çənlərdən də, verdiyi paradan olub. Hazırda M.Xələfov Qax hüquq-mühafizə orqanlarının tutduğu mövqedən narazıdır.
Redaksiyamıza ünvanladığı müraciətində yazır: “Hüquq-mühafizə orqanları prokurorun qohumu Aydın adlı şəxsə kömək yolunda mənim qanuni yolla aldığı çənləri heç bir əsas olmadan əlimdən alıblar. Yalnız Qax prokuroru qohumuna kömək etmək üçün heç bir qanuni əsas olmadan cinayət işi başladıb. Guya Rasim çənləri oğurlayıb və mənə satıb. Mənə 9 ədəd çəni qaimə-faktura ilə satan Rasim oğrudursa, onu niyə tutmurlar? Adını cinayətkar qoyduqları Rasım bütün günü ortalıqda gəzir. Qaxda, Zaqatalada, Bakı şəhərində azadlıqda dolanır. Rasimin olduğu yeri və telefon nömrəsini Qax hüquq-mühafizə orqanlarına təqdim edirəm, amma axtarışda olan şəxsi tutmaq, istintaqa təhvil vermək istəmirlər. Rasim nəinki həbs olunmur, heç onun tutulması barədə sanksiya belə verilməyib. Rasimi ona görə tutmurlar ki, çənlərin satıldığı zavod Rasimin atasına məxsusdur və Rasimin də orada payı vardır. Burada söhbət yalnız özünü Aydın kimi təqdim edən Qax prokurorunun qohumuna kömək etməkdən gedə bilər”.
M.Xələfov bildirir ki, o, dəfələrlə Baş Prokurorluqda olsa da, DİN-ə teleqramlar vursa da, onun haqq səsin rəhbər şəxslərə çatdıran yoxdur.
İş adamı vurğulayır ki, hazırda məsələ ilə bağlı hüquq-mühafizə orqanlarının tutduğu mövqe onu qane etmir: “Qax Konserv” MMC Rasim Abbasovun atasına Süleyman Abbasova məxsus olub. Mərhum Süleyman Abbasov qardaşının uşağı olmadığını nəzərə alaraq onsuz da sonda qardaşının vərəsələrinin öz övladı olacaqlarını nəzərə alaraq “Qax Konserv” MMC-nin təsisçisini qardaşı Ramiz Abbasov müəyyən edib. Başlanmış cinayət işi ilə əlaqədar Qax prokuroru Araz Əliyev cinayət işi ilə əlaqədar əmlak üzərinə həbs qoyulması ilə bağlı Qax Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə mənim pulumu verib aldığım 9 ədəd çənin götürülməsi haqda prokurorun təqdimatını təmin edib. Halbuku təqdimat qanunsuzdur və məhkəmə qanunsuzluğu nəzərə alıb rədd qərarı verməli idi. Hüquq-mühafizə orqanları çənlərin alınması üçün sərf etdiyim pulumu mənə qaytarılmasını təmin etmirlər. Bunun əvəzinə pulumu mənimsəmək üçün qurulan ssenarilərin gerçəkləşməsi üçün addımlar atılır. Çənləri də cinayət işi adı altında götürərək Rasimin əmisinə veriblər. Rasim Abbasov mərhum atasına məxsus zavodun əmlakını anasının, xalasının yanında mənə satıb. Bu necə oğurluqdur? Bu sadə həqiqəti ört-basdır edib gizlətməyə çalışırlar. Uduzan tərəf mənəm, uduşda olan hüquq-mühafizə orqanları və Rasim Abbasovdur. Prokurorluq götürməni də təmin etməklə çənlərin məndən alınmasını və pullarımın rahat bölünməsi üçün ssenarinin gerçəkləşməsinə faktiki yol açır. Polis və prokurorluq nə Abbasov Rasim Süleyman oğlunu, nə onun anası və xalasını, nə dostu Hacını, məsuliyyətə cəlb etmir".

musavat.com

Yazıda adı hallanan hər kəsi dinləməyə hazırıq.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: , dushdu, QAXDAN, ish, istedi, qurmaq, ShKAYET, ishe, Sahibkar
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

17-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ