SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » BEYLƏQANLILAR İCRA BAŞÇISINDAN ZEYNƏB XANLAROVAYA ŞİKAYƏT ETMƏK NİYYƏTİNDƏDİRLƏR

BEYLƏQANLILAR İCRA BAŞÇISINDAN ZEYNƏB XANLAROVAYA ŞİKAYƏT ETMƏK NİYYƏTİNDƏDİRLƏR

Tarix:

2-02-2017, 15:39

/ 2 838 dəfə oxundu.
BEYLƏQANLILAR İCRA BAŞÇISINDAN ZEYNƏB XANLAROVAYA ŞİKAYƏT ETMƏK NİYYƏTİNDƏDİRLƏR

Vaqif Abdullayev Beyləqana icra hakimiyyəti başçısı təyin olunanda rayon sakinləri ümidlənmişdilər ki, sabiq rəhbərlikdən miras qalan problemlər tezliklə həllini tapacaq, RİH aparatında, idarə, müəssisə və təşkilatlarda vətəndaşların müraciətlərinə həssas yanaşılacaq, rayonun potensialından səmərəli istifadə olunacaq, əhalinin məşğulluğunun təmini sahəsində müsbət dəyişikliklər baş verəcək.

Amma çox təəssüflər olsun ki, bu gözləntilər özünü doğrultmadı...

V. Abdullayev RİH başçısı vəzifəsinə təyin olunandan Beyləqanın iqtisadi, sosial, mədəni həyatında mövcud problemlər daha da dərinləşdi, insan və vətəndaş hüquq və azadlıqlarının təmini müstəvisində ciddi geriləyişlər müşahidə olundu, rayonun sosisal - iqtisadi inkişafının sürətləndirilməsinə ayrılan dövlət vəsaiti təyinatı üzrə səmərəli istifadə olunmadı. Artıq çoxdandır ki, Beyləqanda vəziyyət RİH-nin Prezident Administrasiyasına verdiyi hesabatlarda, dövlət KİV-inə ötürdüyü məlumatlarda əks olunandan tam fərqli olaraq yerli əhalidə narazılıq doğurmaqdadır. Rayon sakinləri məyusluq hissinin təsiri altında V.Abdullayevin daha əvvəl başçı vəzifəsində işləmiş olduğu Xızı rayonunda qol qoyduğu qanunsuzluqları, onun hələ o vaxtdan eyş-işrət düşkünü olmasını, Xızıdan seçilmiş millət vəkili Zeynəb Xanlarovanın təşəbbüsü ilə oradan qovulduğunu xatırlamağa başlayıblar və ona ümid etməkdə yanıldıqları qənaətinə gəliblər. Bir az əvvəl xalq artistinin "Şöhrət" ordeni alması beyləqanlıların yadına salıb ki, Abdullayevin yarıtmaz idarəçilik təcrübəsindən, yüngülməcaz xüsusiyyətlərindən hörmətli millət vəkilinə şikayətlənsinlər.
Artıq Zeynəb xanıma ünvanlayacaqları məktuba imza toplamağa başlayan beyləqanlılar həmçinin danışırlar ki, PA rəhbəri R.Mehdiyevin sədrliyi ilə ötən il dekabrın 26-da keçirilən, icra başçılarının, məhkəmə hakimlərinin, polis rəislərinin iştirak etdikləri toplantıda danlanan rayon rəhbərlərindən biri də məhz V.Abdullayev olub. Qısası, rayon ictimaiyyəti icra başçısının vəzifədən kənarlaşdırılacağı günün çox da uzaq olmadığı qənaətindədir.

sonolay.org

Şərhlər

XƏBƏR LENTİ