yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Cəlilabadda bayrağı təhqir edən məmur oğlu və atasının CİNAYƏTLƏRİ- ŞOK

Cəlilabadda bayrağı təhqir edən məmur oğlu və atasının CİNAYƏTLƏRİ- ŞOK
28-08-2017, 10:13 56 738 dəfə baxılıb
yüklənir...

Cəlilabadda Azərbaycan bayrağının təhqir olunması ilə bağlı məlumat vermişdik.
Nəzərinizə çatdıraq ki, sözügedən rayonda Sabirabad kənd icra nümayindəsinin oğlu Babayev Alxan Valeh oğlu Aprel döyüşlərində şücayət göstərən və ağır yaralanan Məmmədov İsmət Mehman oğlunu və bayrağımızı təhqir etmişdir.
Saytımızda məlumat yayımlandıqdan sonra Cəlilabad rayonu Sabirabad kənd sakinləri, Qarabağ qaziləri və digər vətənpərvər şəxslər redaksiyamızla əlaqə saxlayaraq məsələyə münasibət bildirərək Alxan Babayevin ünvanına ən ağır ittihamlar səsləndirdilər. Sabirabad kənd sakini Mərhəməli Rzayevin dediklərindən:
Mən belə fikirləşirəm ki, Azərbaycanda bəzi harınlaşmış məmur balalarının öz hərbi xidmətlərini döyüş bölgəsində deyil, hərbi hissələrdə deyil, məhz analarının yubkası altında keçirən bu şərəfsizlər vətən yolunda canlarından keçən, aylarla hərbi qospitalda yatan qəhrəman əsgərlərimizə lağ etmək, dövlətimizin bayrağını təhqir etmək ən ağır cinayət hesab edirəm.
Mən başa düşə bilmirəm hüquq mühafizə orqanları hara baxır, onlar dövlətdən maaş alırlar, niyə həvalə olunan vəzifəni düzgün yerinə yetirmirlər? Babayev Alxan Valeh olu neçə min manata hərbi bilet alıb. 3000-3500 manat verib özlərinə yararsız hərbi bilet alırlar, saxta arayışlar alırlar, üç ildən bir də 500 manat verib güya sağalmayıblar və bununlada özlərini cəmiyyət arasında kişi hesab edirlər. Nə üçün belə şəxsləri məsüliyyətə cəlb etmirlər?Bu cür şəxsiyyətsizlər cəzalanmalıdır ki, digərlərinə nümünə olsunlar.
Əldə etdiyimiz digər bir məlumatda vurğulanır ki, bayrağımızı təhqir etmiş A. Babayevin atası Valeh Babayev işində yol verdiyi ciddi nöqsanlara görə vəzifəsindən uzaqlaşdırılıb. Dəqiq araşdırmalara görə, bir zamanlar icra nümayindəsi işləmiş V. Babayev böyük qanunsuzluqlara imza atıb. Belə ki, Sabirabad kəndində bir necə obiyektin özəlləşməsində və kəntdə yeni inşa edilən məktəbin həyatyanı sahəsini zəbt edərək özünə dəbdəbəli villa tikdirib. V. Babayevin qanunsuz əməlləri bununla bitmir. Kənd sakinlərinin bildirdiyinə görə, V. Babayeva məxsüs villanın yerində Ulu Öndər Heydər Əliyev adına parkın salınması planlaşdırılıb. Lakin, “çox bilmiş” icra nümayindəsi kənd sakinlərinin təqdirəlayiq planlarını pozmağa nail olur. Beləliklə, dövlətdən mənimsədiyi vəsait hesabına fermalar, mülklər və digər obiyektlər əldə edən V. Babayev muxalifətə yardım etməyi belə unutmur. Bu istiqamətdə araşdırmalar tam yekunlaşdıqdan sonra ətraflı məlumat veriləcək.
Son məlumatlara görə, Valeh Babayev 3000 manat rüşvət verərək Azərbaycan bayrağını “CINDIR” adlandıran oğlu A. Babayevə hərbi bilet əldə edib. Təbii ki, redaksiyamız tərəfindən aidiyyəti qurumlara bu barədə rəsmi məktub ünvanlanacaq.
Dosye.org olaraq bir daha bildirmək istəyirik ki, Sabirabad kənd keçmiş icra nümayindəsi Valeh Babayev qeyri-qanuni yolla kənd məktəbin həyatyanı sahəsini zəbt edərək özünə dəbdəbəli villa inşa etdirib. Kənd sakinlərinin məlumatına görə, 9 il icra nümayindəsi vəzifəsində çalışan V. Babayevi ancaq dövlət əmlakını mənimsəyib. Məhz dövlətdən oğurlanan vəsait hesabına ferma, obiyekt, mülklər və oğluna saxta hərbi bilet almağdan çəkinməyən şəxs üstəlik Nizami Məmmədov adına məktənin ərazisində qanuni kobud şəkildə pozaraq villa tikdirib.

Araşdırmalar davam edir…

Dosye.org
Cəlilabadda bayrağı təhqir edən məmur oğlu və atasının CİNAYƏTLƏRİ- ŞOK
Cəlilabadda bayrağı təhqir edən məmur oğlu və atasının CİNAYƏTLƏRİ- ŞOK


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: tehqir, bayragi, CNAYETLER, memur, Celilabadda, oglu, eden, ShOK, atasinin, ve
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-09-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ