yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

10 ildir həll olunmayan problem var... - Beyləqanda

10 ildir həll olunmayan problem var... - Beyləqanda
25-08-2017, 10:24 90 414 dəfə baxılıb
yüklənir...

"Burda hamı xəstəliyə tutulub. Kanaldan axıb gələn, məhəllələri, həyətləri basan duzlu suyun içində nə qədər yaşamaq olar?!. Bu gedişlə kənddə adam qalmayacaq". Bunu Beyləqanın Milabad kənd sakini Gülzar Xankişiyeva deyir. Kənd sakinlərinin sözlərinə görə, təxminən 10 ildir ki, Araz çayına mənsub kanaldan kəndə axan suyun içində yaşayırlar.

"Böyüklü-kiçikli, hamı xəstəliyə tutulub. Bronxlarımız, böyrəklərimiz, ciyərlərimiz sıradan çıxıb. Revmatizmdən əziyyət çəkməyən sakin yoxdur. Uşaqlar xəstə doğulur. 10 ildir ki, bu zülmün içindəyik”.

- Deyirsiniz ki, 10 ildir bu problem mövcuddur. Bu müddətdə hökumət qurumları hansı tədbirləri görüb?
- Hansı tədbirdən danışırsınız, 10 ilə yaxındır qapılarında sürünürük. Nə rayonun icra hakimiyyəti, nə su kanal idarəsi, nə suvarma sistemləri idarəsi, nə meliorasiya idarəsi müraciətlərimizə baxır. Daha doğrusu, gedirik, toplaşıb dirəşirik qapılarına, su çəkən nasoslarla gəlib həyətlərdən suları çəkib gedirlər. Bununla da işlərini bitmiş sayırlar".

Kənd sakini Səfayə Sultanova deyir, küçədə, həyət-bacada, yay-qış, uzunboğaz çəkmədə gəzirlər. Hətta küçələrdəki suyu buxarlandırmağa yay günəşinin də gücü çatmır: "Su kəndə fasiləsiz axır deyə, heç günəş şüası buxarlandırmaqla da yer qurumur. Hər gün dayanmadan həyətlərimizdən vedrələrlə su yığıb küçəyə tökürük. Küçədən təzədən həyətə qayıdır. Elə vaxt olur, su evlərimizə dolur. Və bu vəziyyət 10 ildir davam edir. Uşaqlarımız səhərdən axşamadək duzlu suyun içində oynayır, hamısının da canı xəstə...".

Kənddəki evlərin xeyli hissəsi qəzalı vəziyyətə düşüb. Kənd məktəbinin və başqa inzibati binaların ətrafında da eyni mənzərə gözə dəyir. Burada kəndlilərin ənənəvi məşğuliyyəti əkinçilik və heyvandarlıq olub. Amma bu problem üzündən artıq illərdir ki, kəndlilər həmin məşğuliyyətdən və ruzilərindən də uzaq düşüblər.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: , olunmayan, hell, var, 10, problem, ildir, Beyleqanda
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

25-09-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ