SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Ucar sakinləri prezidentə şikayət edir

Ucar sakinləri prezidentə şikayət edir

Tarix:

26-04-2017, 12:04

/ 64 047 dəfə oxundu.
Ucar sakinləri prezidentə şikayət edir

Bir qrup Ucar skini adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına və Melorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadəyə şikayət məktubu ünvanlanıb. Bir nüsxəsi də xalqxeber.az-a daxil olan müraciətdə deyilir:
"Ucar rayonu Lək kəndində içməli su ilə bağlı yaranmış problem hələdə öz həllini tapmayıb, vəziyyət daha da, gərginləşib. Aidiyyəti qurumlar problemi yaşayan sakinlərə alternativ yolla suyun veriləcəyini desələr də, hələ ki, heç bir tədbir görülməyib. Ciddi su problemi yaşayan sakinlər Ucar Suvarma Sistemləri İdarəsinin müdiri Əlkıram Mahmudova, rayon icra hakimiyyətinin məsul şəxslərinə dəfələrlə müraciət etdiklərini deyirlər. Susuzluqdan əziyyət çəkən təsərrüfat sahibləri özləri ilə bərabər mal-qaralarını və yeni əkilmiş kənd təsərrüfatı məhsullarını suvarmaq üçün də, pulla su almalı olurlar. Yaranmış problemlə bağlı dəfələrlə cəhd etməyimizə baxmayaraq Ucar Suvarma Sistemləri idarəsinin müdiri Əlkıram Mahmudovla əlaqə saxlamaq mümkün olmadı".
Daha sonra daxil olan məktubda deyilir: "Qeyd edək ki, Ucar rayonun Lək kəndinə su kanalı ilə suyun ötürülməsi artıq 6 gündür ki, dayandırılıb. 4 mindən yuxarı sakini olan kənddə yeganə kanal vasitəsi ilə ötürülən suyun tamamı ilə dayandırılması sakinlərə ciddi problem yaradıb. Onlar kənddə içməli suyun olmaması səbəbindən suvarma suyundan həm də içməli su kimi istifadə etdiklərini deyirlər. İçməli suyun isə bir neçə kilometrlik məsafədən gətirilməsi həm vaxt itkisinə səbəb olur həm də əlavə xərc tələb edir. Aidiyyəti orqanlar suyun müvəqqəti olaraq dayandırılmasına səbəb kimi ərazidə aparılan kəmər çəkilişi ilə əlaqələndirirlər. Müvafiq orqanlar içməli su problemi yaşayan sakinlərə alternativ yolla suyun veriləcəyini də deyirdilər..."

xalqxeber.az bildirir ki, müraciəti Zahid adlı Ucar sakinləri başda olmaqla aşağıdakı şəxslər imzalayıb:

Əliyev Qasım Abdulla oğlu
Camalov Vüqar Xeybər oğlu
Xasıyev Kamil Qulam oğlu
Ağayev Zahid Sabir oğlu

xalqxeber.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq.

Şərhlər

XƏBƏR LENTİ