SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Göyçay sakinləri çarəsiz qalıb prezidentə müraciət etdilər-FOTO

Göyçay sakinləri çarəsiz qalıb prezidentə müraciət etdilər-FOTO

Tarix:

10-08-2017, 14:11

/ 144 796 dəfə oxundu.
Göyçay sakinləri çarəsiz qalıb prezidentə müraciət etdilər-FOTO

Göyçayın iki mərkəzi küçəsinin asfalt örtüyü tamamilə dağılıb və örtüyün yenilənməsi yönündə heç bir tədir görülmür
Bu barədə redaksiyamıza Göyçay rayonunun sakinləri tərəfindən şikayət məktubu daxil olub.
Sakinlər xalqxeber.az-a bildirir ki, rayonun mərkəzində iki paralel küçə – Ziya Bünyatov və Əli Səmədli küçələrinin asfalt örtüyü gün-gündən daha bərbad vəziyyətə düşür.
Qızmar yay aylarında toz-tozanaq, soyuq qış aylarında isə palçıq səbəbilə gediş-gəliş qeyri-mümkün olur.
“Göyçay RİH asfaltın yenilənməsi ilə bağlı dəfələrlə söz verib, amma heç bir dəyişiklik olmayıb.”
Mütəmadi olaraq bu küçələrdən istifadə edən sakinlər deyir ki, yolsuzluqdan uşaqları məktəbə belə göndərməyə qorxurlar. Palçıq o qədər qalın olur ki, yolu asta-asta gedirik və uşaqlar məktəbə gecikir.
Qızmar istilərin davam etdiyi günlərdə isə bu küçələrdə toz-tozanaq hökm sürür. Hərəkətdə olan maşınlar istifadəyə yararsız küçədəki tozu havaya qaldırırlar. Bu da sakinlərin nəfəsinə gedərək, sağlamlıqlarını ciddi təhlükə altında qoyur.
“Küçələrin bir hissəsinə öz pulumuzla çınqıl tökdürdük.”
Göyçay RİH-nin laqeydliyini görən sakinlər məcbur olub öz vəsaitləri hesabına yolun bir hissəsinə çınqıl tökərək gediş-gəlişi düzəltməyə çalışıblar.
Çarəsiz qalan Göyçay sakinləri artıq prezident İlham Əliyevə müraciət ediblər:
“Cənab Prezident, sizdən xahiş edirik, müraciətimizi nəzərə alıb Göyçay şəhəri Ziya Bünyatov və Əli Səmədli küçələrinə asfalt örtüyünün çəkilməsinə tapşırıq verəsiniz.”
Məsələyə münasibət öyrənmək üçün Göyçay RİH ilə əlaqə saxlamaq istəsək də dəstəyi qaldıran olmadı.

Şikayətçilər:
1. Allahverdiyev İlqar Kamal oğlu
2.Nəsirov Şiraslan Nəsrəddin oğlu
3. Xəlilov Sahib Sabir oğlu
4.Əhmədov Nizami Yusif oğlu
5.Abdullayev Kamil Aydın oğlu
6.Cəbrayılov Əzməmməd Gülməmməd oğlu
7.Əhmədov Əlmirzə Bəyməmməd oğlu
8.Xudaverdiyev Məhəmməd Əli oğlu
9.Əhmədov Xaqani Yusi oğlu
10.Baxışov Tapdıq Baxış oğlu
11.Həsənov Seyran Əmirəslan oğlu
12.Mahmudov Xəlil Cəlil oğlu
13.Ömərov Kamran Elşad oğlu
14.Əkbərov Zakir Nuru oğlu

xalqxeber.az
Göyçay sakinləri çarəsiz qalıb prezidentə müraciət etdilər-FOTO
Göyçay sakinləri çarəsiz qalıb prezidentə müraciət etdilər-FOTO
Göyçay sakinləri çarəsiz qalıb prezidentə müraciət etdilər-FOTO
Göyçay sakinləri çarəsiz qalıb prezidentə müraciət etdilər-FOTO
Göyçay sakinləri çarəsiz qalıb prezidentə müraciət etdilər-FOTO

Şərhlər

XƏBƏR LENTİ