yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

“Sən nə utanmaz adamsan…” - şantaj olunduğunu deyən generala cavab

“Sən nə utanmaz adamsan…” - şantaj olunduğunu deyən generala cavab
7-07-2017, 15:56 117 593 dəfə baxılıb

Ləğv edilmiş MTN-in Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin sabiq əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.
Lalə Yavərova şahid kimi ifadəsində bildirib ki, zərərçəkmiş Ələsgər Əliyevin bacısıdır.
Mərdəkan qəsəbəsində pay torpaqalrının olduğunu deyən şahid həmin torpaqların bir hissəsinin qardaşlarının, bir hissəsinin isə öz adına olduğunu söyləyib:
“Qardaşım həmin torpağı satandan sonra problemlə üzləşdik. Torpağı alanlar qardaşımı həbs etməklə hədələdilər. Guya torpağın sənədləri saxta idi. Qardaşımı hədələyənlərdən biri də Rövşən adlı şəxs olub. Onlar qardaşımı hədələyəndə Elçin müəllimin adını çəkiblər”.
Məhkəmədə ifadə verən digər şahid Rövşən Abbasov olub. O, MTN-in Xəzər rayon şöbəsinin rəisi olmuş Rafiq Səfərovun qohumu olduğunu deyib.
Şahid bildirib ki, qohumu R.Səfərov ona müraciət edərək rəhbərliyə Mərdəkandan torpaq sahəsi lazım olduğunu söyləyib:
“Ələsgər Əliyevin torpağını tapdım və bunu Rafiqə dedim. Sonra oranı Rafiqə göstərdik və ilk olaraq 50 min verdik.
Sonradan məlum oldu ki, həmin torpaq sahəsi Ələsgərə yox, dövlətə məxsusdur. Bunu Ələsgərə dedim və o, problemi həll edəcəyini söylədi. Amma sonradan Ələsgər söhbətdən yayınmağa başladı. Biz öz vasitəmizlə torpağı özləlləşdirə bildik. Tikinti işləri aparılan zaman Elçin Quliyev ora gəlib, həmin vaxtda onu görmüşəm. Sonra Ələsgər Əliyev şikyətçi oldu və ondan 185 min manat aldığımızı dedi. Rafiq adının hallanmaması üçün Ələsgər Əliyevə 10 min manat və 12 sot torpaq sahəsi verməyi təklif etdi. Mənim də bununla bağlı Ələsgərlə söhbətim olub. Mən pulu Ələsgərə verdim. O da mənə min manat hörmət elədi”.
Həbsdə olan general Elçin Quliyev isə çıxış edərək zərərçəkmişlərin şantajı ilə üzləşdiyini deyib.
“Hörmətli hakim, heç bir səbəb olmadan 2 ildir həbsdəyəm. Bu işdə hədə-qorxu gələnlər kənarda qalıb, məni həbs ediblər. Burada ifadələrdən də görünür ki, mən şantaj olunuram. Zərərçəkmiş deyə bilər ki, ondan 1 milyon manat almışam. Özü gedib imza edib, sənədləşmə işi aparıb, indi burada deyir ki, şantaj olunuram. 2 ildir həbsdəyəm, amma bilmirəm ki, nəyə görə həbs olunmuşam”- deyə general qeyd edib.
MTN-nin Xəzər rayon şöbəsinin baş əməliyat müvəkkili iləmiş Heydər İslamov da şahid qismində dindirilib.
Onun sözlərinə görə, rəisi Rafiq Səfərovun tapşırığı ilə Mərdəkan qəsəbəsində torpaq sahəsi ilə maraqlanıb. Həmin ərazidə
Rafiq Səfərov, Elçin Quliyev və İlqar Əliyev bağ sahəsi salacaqmışlar.
Şahid söyləyib ki, torpaq sahəsi sənədləşdiriləndən sonra hər üç vəzifəli şəxs bağ evi tikdirib.
Məhkəmədən söz istəyən Elçin Quliyev deyib ki, istintaq təcridxanasında ciddi nəzarətdə saxlanılır: “Kameranın qarşısında 4 nəfər var. İlk həbs olunduğun dövrdə 4-5 ay ailəmlə danışmağıma da icazə verilmədi. Sonradan telefonla danışsam da, bu danışıqlar dinlənilib. Mənim şahidləri öyrətmək imkanım yoxdur. Dövlətə sədaqətlə xidmət etmişəm, milli qəhrəman adından başqa bütün mükafatlarım var”.
Bu zaman zərərçəkmiş Mətləb Mustafayevlə general arasında mübahisə yaranıb.
O, Elçin Quliyevin çıxışına etiraz edib: “Sən nə utanmaz adamsan. Həbs olunmağımda birbaşa rolun var, evimə tapança qoydurmaqla bağlı göstəriş vermisən”.
Hakim tərəfləri sakitləşdirib.
Mətləb Mustafayev MTN-ə çağırılmasında Eldar Mahmudovun rolu olduğunu və onun dindirilməsini istəyib. Məhkəmə vəsatətləri baxılmamış saxlayıb.
İş üzrə zərərçəkmişlər – Sahib Qurbanov və Zaur Əzimov mülki iddia qalıdırıblar. Məhkəmə onların mülki iddialarını icraata götürüb. Hakim deyib ki, hər iki zərərçəkmişin verdiyi mülki iddia məhkəmə istintaqı zamanı araşdırılacaq.
Sahib Qurbanov bildirib ki, Zaur Əzimovla birlikdə iyulun 3-də prezidentin hüquq-mühafizə orqanları və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərovun qəbuluna yazılıblar.
O, qeyd edib ki, onları Fuad Ələsgərovun köməkçisi Əli Ağayev qəbul edib: “Əli Ağayev bizim hər ikimizi dinlədi. Biz başımıza gələnləri onlara danışdıq, MTN və vergilərdə pullarımızı necə əlimizdən hədə-qorxu yolu ilə aldıqlarını bildirdik. Qeyd etdim ki, MTN-nin Binəqədi rayon şöbəsinin rəisi olmuş Rafiq Səfərov və onun müavini Heydər İslamov bizə məxsus siqaretləri qanunsuz olaraq müsadirə ediblər. Onların bizdən hədə-qorxu yolu ilə pulumuzu aldıqlarını bildirdik. Fuad Ələsgərovun köməkçisi bizi dinlədi və işi nəzərətə götürüldüyünü bildirdi”.
Sahib Qurbanov əlavə edib ki, Zaur Əzimova Rafiq Səfərov, Heydər İslamov, Qasim Şirəliyev, Amil Yusifov və Bəhruz Şirəliyev tərəfindən qanunsuzluqlar edilməsini bildiriblər: “Həmçinin Fuad Ələsgərovun şəxsən özü ilə görüşmək istədiyimizi bildirdik. Bizi dinləyən köməkçi problemlərimizi cənab Fuad Ələsgərovun nəzarətində olduğunu, imkan daxilində onun özünün də qəbul edəcəyini söylədi. Biz də Fuad müəllimə inandığımızı, bizə köməklik göstərəcəyinə inandığımızı bildirdik”.
Məhkəmənin növbəti iclası iyulun 21-nə təyin edilib.
Musavat.com


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Sen, utanmaz, adamsan, cavab, ne, shantaj, olundugunu, generala, deyen,
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

23-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ