yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

ANS-in daha bir məhkəmə işi: borcunu ala bilmir

ANS-in daha bir məhkəmə işi: borcunu ala bilmir
9-05-2017, 13:24 56 558 dəfə baxılıb
yüklənir...

ANS Yayım və Media Şirkəti ilə "Sharks" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) arasında gedən məhkəmə çəkişməsi davam edir.

Məlumata görə, ANS yenidən Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Belə ki, ANS Yayım və Media Şirkəti kassasiya şikayətinin verilməsi ilə bağlı buraxılmış müddətin üzürlü hesab edilməsi üçün apellyasiya şikayəti verib. İşə mayın 12-də hakim Sərvət Hüseynovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, ANS-lə "Sharks" şirkəti arasında 2013-cü il avqustun 27-də ilk müqavilə bağlanıb. ANS 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək sponsorluq haqqında müqaviləyə əsasən borcun tutulması iddiasını irəli sürüb.

Prosesdə ANS-in hüquqi nümayəndəsi iddia edib ki, "Sharks" şirkəti onlara yalnız 2 müqavilənin pulunu ödəyib: "ANS-lə "Sharks" şirkəti arasında 2013-cü ildə 14 müqavilə imzalanıb. Müqaviləyə əsasən, ANS "Sharks" MMC-nin reklam məsullarını efirdə yerləşdirib. Həmin reklam çarxlarının qarşılığında şirkət ANS-ə yalnız 2 müqavilənin pulunu ödəyib. Onlar ANS-ə hissə-hissə - 1 279, 3 900, 700 və 2 036 manat vəsait ödəsə də, qalan pullar ödənilməyib. Biz "Sharks" şirkətinin qalan 34 900 manat pulu ödəməsini istəyirik".

"Sharks" şirkətinin nümayəndəsi isə qarşı tərəfin iddiasını qəbul etməyib və MMC-nin ANS-ə borclu olmadığını bildirib: "Bu iddianı qəbul etmirik. Çünki hər iki şirkət arasında müqavilə bağlanan zaman "Sharks"ın rəhbəri Səadət Bağırovanın həm imzası, həm də şirkətin möhürü olmayıb. Müqavilədəki imza şirkət nümayəndəsi Rahilə Tağıyevanın imzasıdır".

Məhkəmə iddianı qismən təmin edib. Şirkət həmin qərardan apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi şirkətin apellyasiya şikayətini təmin etməyib.

Xatırladaq ki, "ANS Müstəqil Yayım və Media” Şirkətinə televiziya yayımı üçün verilmiş lisenziya ləğv edilib.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: ANS in, mehkeme, borcunu, bir, bilmir, ala, ishi, daha
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

24-05-2017

BÜTÜN XƏBƏRLƏR
yüklənir...
GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ