yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Milyonçu oğlu gənc ananı necə öldürdü? - Ölkədə qudurğanlıq faktları

Milyonçu oğlu gənc ananı necə öldürdü? - Ölkədə qudurğanlıq faktları
5-05-2017, 09:29 142 316 dəfə baxılıb

Azərbaycanda məmurların və ailə üzvlərinin, qohumlarının harınlığı, insanları aşağılayan çıxışları, ayrı-ayrı deputatların təhqiramiz ifadələri, dəbdəbəli məclis təşkil etmələri cəmiyyətdə bir gərginlik yaradıb.
Prezident İlham Əliyev dəfələrlə qudurğanlıq edən məmur balalarına, bahalı toylar təşkil edən vəzifəli şəxslərə xəbərdarlıq edib.
Ancaq bu göstərişlərdən dərs çıxarmayanlar var və hələ də öz əməllərini davam etdirirlər.
Son olaraq biznesmenin itlərinə toy etməsi, məmurun 400 minlik toy təşkili göstərmək olardı ki, bu son olmadı.
Belə ki, növbəti qudurğanlıq ağır faciə ilə nəticələndi. Söhbət Bakının Bakıxanov qəsəbəsində “Porsche Cayenne Magnum” markalı avtomobillə gənc qızın həyatına son qoyan Ağaəli Fərəcovdan gedir.
A.Fərəcov biznesmen Fizuli Fərəcovun oğludur. Saytlar isə yazır ki, F.Fərəcov Sumqayıtın icra hakimi Zakir Fərəcovun qardaşıdır. Bunu təsdiqləyən fakt olmasa da, icra başçısı ilə qohumluq əlaqələrinin olduğu ehtimal edilir.
İki uşaq anası olan Xəyalə Məmmədovanın həyatına son qoyan gəncin isə cəmi 14 yaşı var imiş. Atası ona 200 minlik avtomobil idarə etməyə verir və 16 yaşı tamam olmayan yeniyetmə bir ananın ömrünə son qoyur.
Bu azmış kimi, iş adamı oğlunu müdafiə edir. F.Fərəcov hadisə ilə bağlı unikal.org-a danışıb. O, bildirib ki, hazırda araşdırma aparılır:
"Mənim oğlumun 14 yaşı var. Törətdiyi hadisə ilə bağlı cinayət işi açılıb, məsuliyyətə cəlb olunub və hazırda araşdırma aparılır. Qanun nəyi tələb edirsə, o da olacaq”.
Oğlunun həbs olunmasına gəlincə iş adamı bildirib ki, "14 yaşlı uşağı həbs edərlər? Bu nədi, yazırsınız?...”-deyə qeyd edib. "Bəs, 14 yaşlı uşağa avtomobili necə etibar etmisiniz?”- Sualına isə iş adamı cavab vermədən telefonu söndürüb.
14 yaşında uşağa maşın verməyi normal hesab edir, amma həbsini anormal.
Cəzasızlıq mühitində milyonçu məmur qohumunun övladının qudurğanlığı bir ailənin faciəsinə səbəb olur, iki körpə yetim qalır.
Ancaq F.Fərəcov öz övladının həbsinə qarşı çıxır. Onun övladının dəbdəbəli həyatından yayılan fotolardan görmək olar ki, atası 14 yaşlı uşağa harınlıq etməyə hər bir şərait yaradıb.
Bu qudurğanlıq ilk dəfə deyil. Səbailin icra başçısı Asif Əsgərovun oğlu İlham Əsgərli “Mcdonalds” rəhbərinin oğlunu qəzada öldürüb.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin keçmiş sədr müavini Mübariz Mədətovun oğlu Xalid Mədətov tarzən Ağasəlim Abdullayevin nəvəsini və həyat yoldaşını qəzada vurub öldürüb. Onlarla belə fakt var və həmin şəxslər cəzasız qalırlar.
Ancaq ölkədə bir idarədə məsləhətçi işləyən dayaqsız adam nöqsana yol verdikdə üzərinə bütün maddələri yükləyib həbs edirlər. Və yaxud Vidadi Zeynalovu həbs edib, Əli Abbasovla İltimas Məmmədovu məsuliyyətdən yayındırırlar.
Bu da cəzasızlıq mühitində qıcıaq yaradan hallardır. Elə ki, növbə arxa-dayaqlı məmura və onun qohumlarına gəldikdə yol terroru etsə belə himayə olunur. Lakin xalqa “otxod” deyən deputat, camaatın pulunu yeyən liftçi məmur cəzalandırılmır.
F.Fərəcova gəlincə, əvvəllər Bakıxanov qəsəbəsindəki ''Badu kübə'' restoranının sahibi olub. Sonradan həmin restoranı sataraq "MOHİTO" və "PARODİZ" klubları tikdirib.
Hətta bir müddət əvvəl Bakı şəhər sakini Füzuli Fərəcov sözügedən obyektlərin tikintisində və təmirində çalışanların əmək haqqını verməkdən niyə imtina etdiyinə görə mətbuatda adı hallandırılmışdı.
Mərhumə X.Məmmədova 2 uşaq anası idi və o, paytaxtdakı gözəllik salonlarından birində işləyirdi.
Xatırladaq ki, 24 yaşlı Xəyalə Məmmədovanı Fərəcli Ağaəli qəzanı 99 BS 999 dövlət nömrə nişanlı “Porsche Cayenne Magnum” markalı avtomobillə vurub qaçıb.
Qəzanı törədən avtomobilin qiyməti isə 200 min manatdan başlayır. X.Məmmədova 3 saylı şəhər xəstəxanasında vəfat edib.
Bundan başqa iş adamının oğlunun hadisəni törətdiyi avtomobillə paytaxtın Heydər Əliyev prospektində avtoxuliqanlıq etməsi və yol hərəkət qaydasını sərt şəkildə pozması əks olunan videogörüntüləri yayılıb.
Zakir Fərəcovun yaxın qohumları əlaqə saxlayaraq yayılan məlumatlara aydınlıq gətirib.
Onlar sözügedən şəxsi tanımadıqlarını və adıçəkilən obyektlərin onlara aidiyyəti olmadığını bildiriblər: "Zakir Fərəcovun Füzuli Fərəcov adlı heç bir qohumu yoxdur. Biz elə şəxsi tanımırıq. Adını ilk dəfə mətbuatda oxumuşuq”.
Məlum olub ki, oğlu bahalı maşınla adam vuran iş adamı Füzuli Fərəcov əslən Naxçıvandandır.
Sumqayıtın icra başçısı Zakir Fərəcovun əsli isə Zəngilan rayonundandır. Yəni soyadlar eyni olsa da, qeyd olunan şəxslərin heç bir qohumluq əlaqəsi yoxdur.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: oldurdu, nece, anani, oglu, genc, Milyonchu, , Olkede, faktlari, qudurganliq
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

13-12-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ