yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

“Mənim bankdakı pulumun qədərini niyə palata bilməlidir?” - Millət vəkili

“Mənim bankdakı pulumun qədərini niyə palata bilməlidir?” - Millət vəkili
7-04-2017, 18:03 107 722 dəfə baxılıb

Millət vəkili Əli Məsimli "Banklar haqqında” qanunun müzakirəsi zamanı çıxış edib.
O, çıxışında qeyd edib ki, qanunla Maliyyə Bazarlarına Nəzarət Palatasının bununla xeyli səlahiyyət verilir: " Ancaq biz hüquqi dövlət qururuq. Kim deyə bilər ki, Palata ona verilən səlahiyyətdən sui-istifadə etməyəcək? Axı, belə bir qarantiya yoxdur”.
Eyni zamanda millət vəkili təklif edib ki, əgər banklar hər hansı addım atmaq istəyirlərsə, 1000 dollara qədər olan kreditləri may ayının 28-dək bağlasınlar: "Hökumət də bunu görsün və uyğun addım atsın”.
Millət vəkili Qüdrət Həsənquliyev isə bankların müştərilərininin sirlərinin açılmasına etiraz edib. Eyni zamanda, bu sirləri açacaq səlahiyyətlərin Palataya verilməsini kəskin pisləyib.
"Mənim bankda nə qədər pulum varsa, niyə bunu Palata bilməli və kimlərəsə deməlidir? Əgər şübhələr olarsa, bunu hüquq-mühafizə orqanları araşdıra bilər. Burada bank sirləri qorunmalıdır. Belə olarsa, hamı pullarını aparıb İsveç banklarında saxlayacaq. Prezident isə çıxışında vurğulayır ki, hər kəs əmanətlərini ölkə banklarında saxlamalıdır. Ancaq Palataya verilən səlahiyyət bunun əksini deyir”.
Millət vəkili çıxışında həmçinin məhkəmə qərarı olmadan bankın lisenziyasının ləğv olunması səlahiyyətlərinin də Palataya verilməsinə də etiraz edib: "Bununla nə etmək istəyirik?”


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: vəkili, Millət, çıxışında, Palataya, verilən, zamanda, bilər, Ancaq, Palata, qədər, sirləri, etiraz, olarsa, səlahiyyət, addım, banklarında, deməlidir, kimlərəsə, bilməli, varsa
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

18-01-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ