XalqXəbər.Az

Özünüməşğulluq proqramına qoşulan kəndli aldadılır? - Nazirlikdən CAVAB

yüklənir...
Özünüməşğulluq proqramına qoşulan kəndli aldadılır? - Nazirlikdən CAVAB
26-12-2018, 20:06
yüklənir...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin özünüməşğulluq proqramı çərçisvəsində əhaliyə təqdim edilən mal-materialla bağlı narazılıqlar yaranıb. Sosial şəbəkə hesabı üzərindən məsələyə münasibət bildirən iqtisadçı Qubad İbadoğlu “Özünüməşğulluq proqramının iştirakçılarına yaşlı, dişləri tökülmüş, qısır və qotur heyvanlar verilir. Ünvanlı sosial yardıma şərik olanlar, indi də özünüməşğulluq proqramından qazanmağa balşayıblar”,-deyə bildirib.
Q.İbadoğlu deyib ki, sosial müfəttişlər proqram çərçivəsində ailəyə təsərrüfat yaratmaq üçün ayrılan vəsait hesabına alınan heyvanların qiymətini artırmaqla yanaşı, onların çıxdaş və zay olanlarını alır, sağlam və baha qiymətə rəsmiləşdirirlər:

“Hesab edirəm ki, xüsusilə də aztəminatlı təbəqənin müstəqil qazanc mənbəyinin formalaşmasına yönələn bu proqramın icrası mətbuatın və vətəndaş cəmiyyətinin ictimai nəzarətindən kənarda qala bilməz. Səhv etmirəmsə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində ictimai şura yaradılıb. Şura bu faktlara münasibətini bildirməli, mövqe ifadə etməlidir. Eyni zamanda nazirlik açıqlanan faktlara aydınlıq gətirməli və bu proqramın icrasına məsul olan şəxsləri məsuliyyətə cəlb etməlidir”.

Sosial şəbəkələrdə tirajlanan digər məlumatlara görə, Özünüməşğulluq proqramı çərçivəsində verilən heyvanların müqabilində kəndlilərdən rüşvət də alınır.

XəzərNews.az-ın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov məsələ ilə bağlı Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, deyilənlərin heç bir əsasə yoxdur:

“2018-ci ildə özünüməşğulluq proqramına 7700-dən çox ailə cəlb olunub. Bu dövlətin aztəminatlı ailələrə, işsizlərə dəstək proqramıdır. Onlar könüllü olaraq bu proqrama qoşulub”.

F.Talıbovun sözlərinə görə, vətəndaş mal-materialı akta imza ataraq qəbul edir:

“Ötən illə müqayisədə bu il proqrama qoşulanların sayı 6 dəfədən çox artıb. Ötən il proqrama qoşulan ailələrin sayı 1200 idisə, bu il 6 dəfədən çox artıb. Xüssusilə olaraq bildirim ki, proqrama qoşulanlara verilən mal-qara özlərinin razılığı ilə aktla imza ilə təhvil verilir. Əgər vətəndaşı mal-material qane etmirsə, aktı imzalamır və mallar dəyişdirilir. Vətəndaşın məmnunluğu bizim əsas istəyimizdir və podratçı şirkət buna əməl edir. Hətta məmnunluq səviyyəsini ölçmək üçün vətəndaşa aktivlərə verilərkən videoçəkiliş də aparılır.

Qaldı ki, 3-4 şəxsin əsassız iddialarından şou düzəldən bir neçə media nümayəndəsinə, onların hər birinə nazirlik tərəfindən rəsmi məlumat da verilib. Hətta telefonla danışıb, onları nazirliyə videogörüntüləri izləməyə dəvət etmişik. Görünür maraq kəsb etmədiyindən gəlib proseslərlə tanış olmaq istəmirlər”.

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.