SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Rayon icra hakimiyyətlərinin birləşdirilməsi yenidən gündəmdə - hazırki icra başçılarının 90 faizi işsiz qalacaq

Rayon icra hakimiyyətlərinin birləşdirilməsi yenidən gündəmdə - hazırki icra başçılarının 90 faizi işsiz qalacaq

Tarix:

9-03-2017, 11:03

/ 1 754 dəfə oxundu.
Rayon icra hakimiyyətlərinin birləşdirilməsi yenidən gündəmdə - hazırki icra başçılarının 90 faizi işsiz qalacaq

Rayon icra hakimiyyətlərinin birləşdirilməsi yenidən gündəmə gəlib. Bu barədə hökumətdəki qaynaqlardan informasiya daxil olub.

Mənbə bildirir ki, bəlli "kəmərsıxma prosesinə" uyğun olaraq rayon icra hakimiyyətlərinin ləğv edilərək üzərində regional idarəetmə mexanizminin yaradılması yönündə iş gedir. Qaynağın söylədikləri:

"Hələlik iş gedir və bir neçə təkliflər müzakirə olunur. Belə bir sistem ilk dəfə deyil və bir neçə ölkədə uyğulanmaqdadır. Azərbaycanın da 6-10 arası idarəedici dairəyə bölünməsi mümkündür. Bu həm qənaətdir, həm də mobillik baxımından effektiv ola bilər".

Danışan qaynaq onu da əlavə edib ki, əgər sözügedən proses gerçəkləşərsə, o zaman hazırki icra başçılarının 90 faizi işsiz qalacaq: "Onlardan yalnız bir-ikisi görəvə alına bilər. O da rəhbər kimi yox".

Əlavə bilgilərimiz olacaq. Bizi izləyin...

DİA.AZ

Şərhlər

XƏBƏR LENTİ