SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Son sərəncam nazirlər üçün “əcəl zəngi” çalır

Son sərəncam nazirlər üçün “əcəl zəngi” çalır

Tarix:

15-02-2017, 00:16

/ 3 256 dəfə oxundu.
Son sərəncam nazirlər üçün “əcəl zəngi” çalır

Azərbaycanda ölkə rəhbərliyinin etimadını doğrultmayan nazirlər üçün “əcəl zəngi” çalınır. Nəqliyyat naziri Ziya Məmmədovun taleyi bəzi nazirlərə ibrət dərsi olub

Əldə etdiyimiz məlumata görə, iqtidarın yeni siyasi strategiyasında hədəf xalqı narazı salmamaq və büdcə şəffaflığını təmin etməkdir.

Azərbaycanda korrupsiyaya bulaşmış nazirlərin taladığı milyonlar və yarıtmaz idarəçiliyi xalqı xirtdəyə qədər boğaza yığıb. Soyğunçuluq, özbaşınalıq, süründürməçilik, rüşvətxorluq xalqla nazirlər arasında körpüləri yandırıb. Azərbaycanda istisna nazirlər var ki, əhalinin rəğbətini qazanıb.

Məsələn, Daxili İşlər naziri Ramil Usubov, Dövlət Təhlükəsizlik Xidməti rəisi Mədət Quliyev, Baş Prokuror Zakir Qaralov, Fövqəladə hallar naziri Kəmaləddin Heydərov barəsində vətəndaşların şikayətinə rast gəlmək mümkün deyil.

Çünki adıçəkilən nazirlər vətəndaşlarla qəbul keçirir, bölgələrdə görüşür, müraciətlərini araşdırır. Eyni sözləri ayrı-ayrı komitə sədrləri və nazirlər haqda söyləmək çətindir.

Məlumatına görə, indi əl-ayağa düşən bəzi nazirlər Ziya Məmmədovun aqibətindən nümunə götürüblər.

Məsələn, vergilər naziri Fazil Məmmədov, kənd təsərrüfatı naziri Heydər Əsədov, səhiyyə naziri Oqtay Şirəliyev, təhsil naziri Mikayıl Cabbarov, Dövlət Miqrasiya Xidməti rəisi, Sahibkarlığa Milli Kömək Fondu və başqa qurumlardan çoxsaylı şikayətlər var.

Azəriqaz, Azərişıq, Azərsu, Azəristiliktəchizat, SOCAR, Meliorasiya və Su Təsərrüfatı, Standartlaşdırma, Meterologiya və Patent Komitəsi və başqa dövlət qurumlarından da tez-tez narazılıqlar olur.

“Strateji Yol Xəritəsi”nin qəbul olunması iqtisadi islahatlar üçün mühüm qərardır. Bu xəritənin icrası istiqamətində fəallıq müşahidə edilir. Amma ölkədə sosial həyatı ağırlaşdıran bir zümrə var.

Hər kəsə bəllidir ki, Azərbaycanda pis nə varsa, bunların hamısının müəllifi məhz rüşvətxor və korrupsioner məmurlardır. Əgər ölkədə vəziyyət getdikcə pisləşirsə, xalqın sosial durumu hər gün gərginləşirsə, deməli, bu hadisənin də səbəbkarlarını uzaqda axtarmağa lüzum yoxdur.

Ölkəni idarə edən məmurların yaxasından tutub ölkənin və xalqın durumunu yaxşılaşdırmağı onlardan ciddi tələb etmək lazımdır. Ölkə Prezidenti də hədəfi düzgün seçib. Problemlərin kim tərəfindən yaradıldığını dəqiq bilir.

Şərhlər

XƏBƏR LENTİ