Heç kimin görmədiyi 1 milyonluq sual - VİDEO

Heç kimin görmədiyi 1 milyonluq sual - VİDEO Türkiyədə keçirilən "Kim Milyonçu Olmaq İstəyir" müsabiqəsində Qalatasaray Liseyinin tələbəsi Çağdaş İrfan Yıldırım maraqla gözlənən 1 milyonluq sual üçün yarışıb.
FaktXəbər-in məlumatına görə, Çağdaş İrfan Yıldırım müsabiqə tarixində maraqla gözlənən 1 milyonluq sualı görən ikinci şəxs olub.
Bilik müsabiqəsinin mövsüm finalında Çağdaş İrfan Yıldırım, ""Bir qız mənə əmi dedi, neyləyim" sözü hansı xalq şairinə aiddir" sualına düzgün cavab verərək 1 milyonluq suala çatmışdı.
Müsabiqənin dünən yayımlanan xüsusi bölümündə 19 yaşlı Çağdaş İrfan Yıldırım maraqla gözlənən 1 milyonluq sualı gördükdən sonra cavab verməyərək çəkilib.

Sual bu cür idi: Qurani-Kərimdə bunlardan hansına and içilməyib?

A: Dəniz, B: Günəş, C: Arı, D: Qələm.

Suala cavab verməsə də, Çağdaş İrfan Yıldırım "C" variantı üzərində düşündüyünü deyib. Sualın doğru cavabı da məhz "C" - Arı olub.
O, 1 milyonluq suala cavab vermədiyi üçün 250 min lirə qazanıb. Mükafatı təhsili üçün xərcləyəcəyini deyən Yıldırımın aldığı bu pul yarış tarixində ən yüksək məbləğ olub.
Geri qayıt