"Gəlib qızlarımıza dəstək olsunlar" - Baş məşqçi
- 2-12-2023, 09:28
- 350
Bunu qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov UEFA Millətlər Liqasında Kiprə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
"Qrupun son oyununda, dekabrın 5-də, “Dalğa Arena”da Farer adaları yığması ilə qarşılaşacağıq. Fürsətdən istifadə edib, bütün futbolsevərləri, azarkeşləri stadiona dəvət edirik. Gəlib qızlarımıza dəstək olsunlar” - deyə baş məşqçi açıqlayıb.
Qeyd edək ki, bu qələbə xallarının sayını 13-ə çatdıran Azərbaycan yığması sona 1 tur qalmış qrup liderliyini təmin edib və B Liqasına yüksəlib.