ABŞ-də polislə insanları girov götürmüş şəxs arasında atışmada üç nəfər ölüb
ABŞ-nin Texas ştatının Ostin şəhərində şübhəli şəxs bir neçə nəfəri girov götürdükdən sonra onunla yerli polis arasında atışma baş verib.
Nəticədə biri hüquq-mühafizə orqanlarının əməkdaşı olmaqla üç nəfər həlak olub.
Bu barədə Ostin Polis İdarəsinin rəis əvəzi Robin Henderson qurumun “Facebook” səhifəsində yayımlanmış mətbuat konfransında deyib.
Onun bildirdiyinə görə, şübhəli şəxs SWAT (çevik polis alayının analoqu) əməkdaşları tərəfindən zərərsizləşdirilib. Atışma zamanı bir zabit və daha bir nəfər yaralanıb.
Rəis əvəzinin sözlərinə görə, “911”ə məlumat daxil olduqdan 12 dəqiqə sonra evə gəlmiş polis əməkdaşları evdə şübhəli ilə birlikdə daha iki yaralı qurbanın olduğunu öyrəniblər. O vurğulayıb ki, üçüncü zərərçəkmiş evdən qaçıb və qonşuluqda tapılıb.
Henderson qeyd edib ki, polisin evə girmə cəhdi uğursuz alınıb. Şübhəli şəxs onlara atəş açmağa başlayıb. Daha sonra hadisə yerinə xüsusi təyinatlılar cəlb olunub. Beləliklə, əməliyyat nəticəsində şübhəli şəxs yerindəcə məhv edilib.
Polis idarəsinin rəhbəri deyib ki, qarşıdurmada iki zabit güllə yarası alıb. Onlardan biri xəstəxanada keçinib. İkincinin vəziyyəti isə stabildir.
Eyni zamanda, içəridəki girovların da hər ikisi hadisə yerində ölüb.
Mənbə: cbsnews.com

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək