Ərdoğan SOCAR rəhbərliyi ilə görüşəcək
- 12-07-2017, 11:46
- 125 962
Bu barədə Türkiyə KİV-inə istinadən xəbər veririk.
“R.T.Ərdoğan 15 iyulun ildönümündə dünyanın və Türkiyənin qabaqcıl şirkət rəhbərləri ilə görüşəcək. Türkiyə Prezidenti ümumilikdə 4 trln. dolları idarə edən qlobal şirkətlərin rəhbərlərinə 15 iyul dövlət çevrilişinə cəhddən sonra baş verənləri danışaraq “Türkiyə güvənilən ünvandır, gəlin, sərmayələrinizi yatırın” mesajını verəcək”, - deyə məlumatda qeyd olunub.
“Beynəlxalq İş dünyası toplantı”sında SOCAR, “Bank of China”, “Bauhaus”, “Benetton”, “Chine Energy”, “Coca Cola”, “Facebook”, “General Electric”, “Google”, “Hewlett Packard”, IBM, “Koç”, “Mercedes”, “Motorola”, “Microsoft”, “Nike”, “Pepsi”, “Cisco”, “Siemens”, “Toyota”, “Vodafone” və digər şirkətlərin rəhbərlərinin yer alacağı gözlənilir.