“Kreml Paşinyanın sammitdə iştirak etməməsinin səbəblərindən xəbərdardır”
- 11-10-2023, 21:45
- 604
Bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov “RİA Novosti”yə deyib.
“Biz səbəbləri bilirik, yəqin ki, bunu Paşinyanın özü də açıqlayacaq” - Uşakov bildirib.
Qeyd edək ki, oktyabrın 13-də Qırğızıstanda MDB Dövlət Başçıları Şurasının iclası keçiriləcək. Burada Rusiya, Azərbaycan, Belarus, Qırğızıstan, Qazaxıstan, Tacikistan, Türkmənistan və Özbəkistan Prezidentləri iştirak edəcəklər. Paşinyan isə görüşdə iştirak etməyəcəyini bildirib.