SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Rusiya Barens Avro-Arktik Şurasından ÇIXDI

Rusiya Barens Avro-Arktik Şurasından ÇIXDI

Tarix:

18-09-2023, 21:21

/ 229 dəfə oxundu.
Rusiya Barens Avro-Arktik Şurasından ÇIXDI

Rusiya Barens Avro-Arktik Şurasından çıxdığını elan edib.

Rusiya xarici işlər naziri Sergey Lavrov bu barədə təşkilata üzv olan digər ölkələrin Xarici İşlər nazirliklərinin rəhbərlərinə müraciətində bildirib.

Sənəd həmçinin Aİ-nin Xarici Əlaqələr üzrə Ali Nümayəndəsinə və Norveçdəki Beynəlxalq Barens Katibliyinə göndərilib. Rusiya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən məlumatda 2022-ci ilin martından şuranın fəaliyyətinin faktiki olaraq iflic vəziyyətinə düşdüyü bildirilir.

"Barens əməkdaşlıq arxitekturasının dağılmasına görə məsuliyyət tamamilə "tərəfdaşlarımızın" üzərinə düşür", - deyə Xarici İşlər Nazirliyi vurğulayıb.

Şərhlər

XƏBƏR LENTİ