“SpaceX” daha 22 peyki orbitə ÇIXARDI
“SpaceX”ın “Falcon 9” daşıyıcı raketi bu gün qlobal internet şəbəkəsi üçün nəzərdə tutulan 22 ədəd “Starlink” peyklərindən ibarət növbəti qrupu orbitə çıxarıb.
Kompaniyanın saytında yerləşdirilən məlumata görə, buraxılış ABŞ Kosmik Qüvvələrinin Floridadakı "Cape Canaveral" bazasındakı 40-cı buraxılış kompleksindən həyata keçirilib.
Bu, "Starlink" layihəsi çərçivəsində 2019-cu ilin may ayından etibarən internet peyklərinin 103-cü, bu ilin əvvəlindən isə 34-cü buraxılışıdır.
"SpaceX" artıq bu peyklərdən 4,9 mindən çoxunu orbitə çıxarıb. Onlardan təxminən 4,6 mini işlək vəziyyətdədir.
Üçüncü dəfə istifadə olunan reaktiv daşıyıcının təkrar istifadə oluna bilən birinci mərhələsi Atlantik okeanında yerləşən “Təlimatları oxuyun” dəniz dron platformasında idarə olunan şaquli eniş etməli olacaq.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək