İngiltərədə COVID-19-un yeni variantına yoluxma aşkarlandı
- 19-08-2023, 17:20
- 535
Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumatda omikron ştamının bir növü olaraq ortaya çıxan yeni variantın bir nəfərdə aşkarlandığı qeyd edilib. “BA.2.86”nın omikrona nisbətən daha çox mutasiya keçirdiyi bildirilir.
Mütəxəssislərin “ən yoluxucu koronavirus növü” adlandırdıqları “BA.2.86” variantına yoluxma faktı bundan əvvəl Danimarka, İsrail və ABŞ-da qeydə alınıb.