SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » İngiltərədə COVID-19-un yeni variantına yoluxma aşkarlandı

İngiltərədə COVID-19-un yeni variantına yoluxma aşkarlandı

Tarix:

19-08-2023, 17:20

/ 534 dəfə oxundu.
İngiltərədə COVID-19-un yeni variantına yoluxma aşkarlandı

İngiltərə Sağlamlıq Mühafizəsi Agentliyi COVID-19-un yeni variantı “BA.2.86”ya yoluxma faktının aşkarlandığını açıqlayıb.

Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumatda omikron ştamının bir növü olaraq ortaya çıxan yeni variantın bir nəfərdə aşkarlandığı qeyd edilib. “BA.2.86”nın omikrona nisbətən daha çox mutasiya keçirdiyi bildirilir.

Mütəxəssislərin “ən yoluxucu koronavirus növü” adlandırdıqları “BA.2.86” variantına yoluxma faktı bundan əvvəl Danimarka, İsrail və ABŞ-da qeydə alınıb.

Şərhlər

XƏBƏR LENTİ