“ECOWAS” Nigerə hücuma hazırlaşır
Qərbi Afrika İqtisadi Birliyinin (ECOWAS) sammitində təşkilata üzv ölkələrin liderlərinə qurumun ehtiyat qüvvələrinin dərhal hazır vəziyyətə gətirilməsi tapşırılıb.
Bu barədə “ECOWAS” Komissiyasının sədri Ömər Aliu Turey məlumat verib.
Onun sözlərinə görə, birliyə üzv ölkələrin Baş Qərargah rəislərinə Nigerdə konstitusiya quruluşunu bərpa etmək vəzifəsi ilə ehtiyat qüvvələri hərtərəfli hazır vəziyyətə gətirmək tapşırılıb: “Nigerdə konstitusiya quruluşunun bərpası üçün bütün variantlar masa üzərindədir”.
Qeyd olunub ki, birlik Nigerdə vəziyyətin sülh yolu ilə nizamlanmasına sadiqdir, lakin bütün variantlardan istifadə etməyə də hazırdır.
Xatırladaq ki, Qərbi Afrika İqtisadi Birliyinin Nigeriyanın paytaxtı Abucada fövqəladə iclası keçirilib və əsas diqqət Nigerdə hakimiyyəti ələ keçirmiş üsyançılara qarşı növbəti addımların işlənib hazırlanmasına yönəlib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək