Rusiya rəsmilərin xaricə getməsinə QADAĞA QOYDU
- 3-04-2023, 16:40
- 381
Bu barədə Kremlin sözçüsü Dmitri Peskov "Financial Times"a verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, Rusiyadan çıxışa qadağa qoyulması qərarı fərdin xüsusiyyətlərindən asılıdır: "FSB Rusiyanın Ukraynadakı xüsusi əməliyyatı fonunda yüksək vəzifəli məmurlar və iri dövlət müəssisələrinin rəhbərləri üçün səyahət şərtlərini sərtləşdirib".
Bu addım, əsasən, məxfi məlumatlara çıxışı olan şəxslərə tətbiq edilib. Həmçinin məhdudiyyətlər ölkədən qaçma təhlükəsinin də qarşısını alır.