Nəzarətimizə keçən mühüm yolla bağlı - erməni deputatdan mühüm AÇIQLAMA
“Azərbaycanlılar nə qədər lazım idisə, o qədər də irəli gediblər. Bu istiqamətdə daha da irəliləməyə xüsusi ehtiyac yoxdur”.
Xalqxeber.az Bizim.Media-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin “Mənim şərəfim” fraksiyasından olan deputat Tiqran Abramyan özünün “Facebook” səhifəsində qeyd edib.
“Azərbaycan bölmələri irəlilədi və Xankəndi-Kosalar-Mirzələr-Turşsu torpaq yolunun mühüm qovşaqlarından birinə nəzarət etdi.
Hazırda onlar istehkam işləri aparırlar. Digər məsələ ikinci dərəcəlidir.
Son 2,5 ildə Azərbaycan ordusu irəliləyib və bir dəfə də geri çəkilməyib.
Belə çətin vəziyyət yenə davam edəcək, çünki Azərbaycanla qarşıdurma üçün ciddi uzunmüddətli strategiya yoxdur”, - deyə deputat yazıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...