İndoneziyada gecə klubları və masaj salonlarının fəaliyyəti qadağan edildi
İndoneziyanın Cənubi Sumatra əyalətinin bir sıra rayonlarında müqəddəs Ramazan ayı ərzində əyləncə müəssisələrinin, spirtli içki mağazalarının və masaj salonlarının işinə müvəqqəti qadağa qoyulub.
Muara vilayətinin polis rəisinin sözlərinə görə, belə bir qadağa hər il müsəlmanların müqəddəs Ramazan ayı ərəfəsində tətbiq edilir.
Polis rəisi izah edib ki, qadağa barların, diskotekaların, gecə klublarının, masaj salonlarının, eləcə də spirtli içkilərin satışı ilə məşğul olan pərakəndə satış obyektlərinin fəaliyyətini əhatə edir.
Qadağaya əlavə olaraq, ərzaq mağazaları və iaşə obyektlərinin pəncərələrinə pərdələrin vurulması əmr edilir ki, gündüz saatlarında yemək yeyən insanlar oruc tutan müsəlmanları qıcıqlandırmasınlar.
Xatırladaq ki, 2023-cü ildə müqəddəs Ramazan ayı martın 23-dən aprelin 21-dək olan tarixlərə təsadüf edir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...