Nazarbayev əməliyyatdan sonra ilk dəfə xalq arasına çıxdı
- 19-03-2023, 14:20
- 487
Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev ürək əməliyyatından sonra ilk dəfə ictimaiyyət arasına çıxıb.
Bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.
Məlumata görə, Nazarbayev Qazaxıstanda keçirilən parlament seçkilərində səs verib. Eks-prezident Astana Operasında təşkil olunmuş seçki məntəqəsində olub.
Qeyd edək ki, Nazarbayev yanvar ayında Astanadakı Milli Elmi Kardioloji Mərkəzdə ürəyindən əməliyyat olunmuşdu.