SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » "Rusiya Moldovada dövlət çevrilişi etməyi planlaşdırır" - Sandu

"Rusiya Moldovada dövlət çevrilişi etməyi planlaşdırır" - Sandu

Tarix:

13-02-2023, 16:00

/ 350 dəfə oxundu.
"Rusiya Moldovada dövlət çevrilişi etməyi planlaşdırır" - Sandu

 
"Rusiya Moldovada müxalifətin etiraz aksiyalarının köməyi ilə və hərbi təlim keçmiş şəxslərin, habelə Rusiya Federasiyası, Belarusiya vətəndaşlarının iştirakı ilə dövlət çevrilişi etməyi planlaşdırır". 

Bunu Moldova Prezidenti Maya Sandu ölkənin təhlükəsizliyinə dair mətbuat konfransında deyib. 

Onun sözlərinə görə, Rusiya Moldovada sabitliyi pozmaq niyyətindədir.

"Keçən ilin payızında belə cəhdlər artıq edilib, lakin Moldova hakimiyyətinin operativ müdaxiləsi sayəsində onlar uğursuz alınıb" ,- deyə Sandu qeyd edib. 

Şərhlər

XƏBƏR LENTİ