XalqXəbər.Az

XalqXeber.Az » Dünya » Ermənistanda hərbi hissənin komandiri SAXLANILDI

Ermənistanda hərbi hissənin komandiri SAXLANILDI

Ermənistanda hərbi hissənin komandiri SAXLANILDI
26-01-2023, 13:57

 
Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin komandiri,  polkovnik-leytenant Qor Agekyana qarşı cinayət iş açılıb. 

Bu barədə Eermənistan hüquq-mühafizə orqanları məlumat yayıb. 

Məlumatda Basarkeçər rayonunun Azad kəndində yerləşən hərbi hissənin komandiri olan Agekyan saxlanması ilə bağlı istintaq işlərinin davam etdirildiyi qeyd olunub. 

Xatırladaq ki, noyabrın 18-də həmin kənddə yerləşən hərbi hissənin mühəndis-istehkam bölüyünün kazarmasında yanğın baş verib. Hadisə nəticəsində 15 hərbçi ölüb, 6 əsgər və 1 zabit yaralanıb. Bundan sonra Ermənistan silahlı qüvvələrinin İkinci ordu korpusunun komandiri polkovnik Vahram Qriqoryan və digər zabit heyəti işdən çıxarılıb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.