“Biz F-16 almalıyıq”- Çavuşoğludan ABŞ-ın qərarına REAKSİYA
ABŞ-ın 857 milyard dollar dəyərində müdafiə büdcəsinin (National Defense Authorization Act, NDAA) son variantında F-16 qırıcılarının Türkiyəyə təhvil verilməsinə qoyulan məhdudiyyətlər aradan qaldırılıb.
Xarici işlər naziri Mövlud Çavuşoğlu İstanbulda Moldova baş nazirinin müavini, xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popesku ilə birgə mətbuat konfransında bu məsələyə də toxunub.
Çavuşoğlu ABŞ Konqresinin F-16 ilə bağlı qərarına müsbət reaksiya verib:
“Biz onların açıqlamalarında gördük ki, ABŞ rəhbərliyi F-16-ya tam dəstək verir və bunu ikitərəfli görüşlərində də bizə vurğulayıblar”,-deyə Çavuşoğlu bildirib.
Qərarla bağlı nazir Çavuşoğlu, "Prezidentimiz Baydenlə sonuncu dəfə Balidə görüşəndə Bayden tam dəstək olduğunu vurğuladı. Bəzi açıqlamalar oldu, amma son nəticədə yekun mətndə mənfi bir nəticə olmadı. Bunu mümkün qədər tez yekunlaşdırmaq lazımdır. Qanun da təsdiqlənməlidir: "Biz F-16 almalıyıq və onun modernləşdirilməsi prosedur olaraq tamamlanmalıdır. Bu, hamının xeyrinədir”,-deyə xarici işlər naziri vurğulayıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək