Həyat yoldaşı ilə mübahisə edib bir evi iki dəfə yandırdı- Qəribə hadisə
Türkiyədə Arnavutköydə bir evə iki dəfə yanğınsöndürən çağırılıb.Qəribə hadisə ər və arvadın davasından sonra baş verib.
Xalqxeber.az xəbər verir ki, həyat yoldaşı ilə mübahisə edən Rəcəb Çakır spirtli içki qəbul edərək kirayə qaldığı evi yandırıb.
Gecə saat 22:30 radələrində 3 mərtəbəli binanın birinci mərtəbəsində başlayan ilk yanğına yerli sakinlər, daha sonra yanğınsöndürənlər müdaxilə edib.
Yanğın zamanı Rəcəb Çakır və ailəsinin içəridə olduğunu zənn edən sakinlər böyük qorxu və panika yaşayıblar. Yanğınsöndürənlər müdaxilə etdikdən sonra evdə heç kimin olmadığı məlum olub.
İlk yanğından 1 saat sonra həmin ünvandan yenidən yanğınsöndürmə briqadasına məlumat verilib. Xoşbəxtlikdən hər iki yanğında yuxarı mərtəbələrdə yaşayan insanlar xəsarət almayıblar.
Qonşuların şikayəti ilə axtarılan Rəcəb Çakır evin yaxınlığında yatmış vəziyyətdə tapılıb.
Rəcəb Çakır mətbuat mənsublarının "Evi yandırdınızmı" sualına "Mən yandırmadım. Burada atlarım var, onları yoxlamağa gəldim" deyib.
Ev sahibi Ahmet Güzel bildirib ki, əslində Rəcəb Çakır yaxşı insandır:
“Bir ildir burada kirayə qalırdılar. Yaxşı insan olsa da, spirtli içki içəndən sonra belə bir addım atıb. Hazırda ev yaşanmaz haldadır”.
İddialara görə Rəcəb həyat yoldaşı ilə mübahisə edəndən sonra ona evi tərk etdiyi an hər yeri yandıracağını deyib. Yoldaşı qapıdan çıxan kimi evi yandırıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...